Azərbaycan tibbinə əvəzsiz töhfələr verən, oftalmologiya sahəsində yeniliklərə imza atan Zərifə Əliyeva | 1news.az | Xəbərlər
Reportaj

Azərbaycan tibbinə əvəzsiz töhfələr verən, oftalmologiya sahəsində yeniliklərə imza atan Zərifə Əliyeva

Qafar Ağayev13:07 - 08 / 12 / 2023
Azərbaycan tibbinə əvəzsiz töhfələr verən, oftalmologiya sahəsində yeniliklərə imza atan Zərifə Əliyeva

Özünü qurban verən, ən ağıllı, yanar ürəkli, müqəddəs arzulu insanların yüksək mənəviyyatlı taleyi unudularmı?

Akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə: həkimlik etikası, həkim ürəyinin və fikirlərinin paklığı" adlı əsərində bəhsi keçən bu sualın cavabına bütün Azərbaycan xalqı yekdilliklə eyni cavabı verməyə hazırdır. Ömrünü, həyatını Azərbaycan xalqının şəfa tapmasına həsr edən görkəmli alim özünü xalqın və tarixin yaddaşına qızıl hərflərlə yazmağı bacardı. Onun ömür yolu müqəddəs arzulu insanın yüksək mənəviyyatlı taleyinə çevrildi.

Bəlkə də bu səbəbdəndir ki, görkəmli alim, oftalmologiya elminin sirrlərinə yiyələnməyi özünün ali məqsədi hesab edirdi. Bu nəcib xanımın əsas qayəsi səmanın, ulduzların və ayın parlaqlığının fərqinə varmaq üçün insanların gözlərinə nur verə bilməkdən ibarət idi.

“Hara getsən, gözün mənə baxar..”

Ümumilli lider Heydər Əliyev Zərifə xanımla bağlı olan bütün çıxışlarında, yada saldığı bütün xatirələrində onu Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir qadın olduğunu dilə gətirir: “Bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Nə mənsub olduğu tanınmış ziyalı ailəsinin şan-şöhrətinin, nə də həyat yoldaşı böyük dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin kölgəsində daldalanmayan Zərifə xanım güclü xarakteri, əzmkarlığı, zəhmətsevərliyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində sağlığında ikən özünə canlı abidə ucaltmağı bacarıb”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev akademik Zərifə Əliyevadan bəhs edərkən onu əsl alim adlandırır: “O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bunula bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.

Ümumilli lider Heydər Əliyevin qızı, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva anası ilə bağlı xatirələrini bölüşərkən hər zaman onun elmə, peşəsinə olan sevgisindən qürur hissi ilə bəhs edir: “Yadımdadır, gecə biz hamımız yatandan sonra anam öz elmi işini, məqalələrini, monoqrafiyalarını yazmaq üçün oturardı. Biz Moskvaya gedəndə o, həmişə həmkarları ilə - oftalmoloqlarla görüşərdi. O, təbrik nitqlərinə meyilli deyildi, məşhurlaşmaq, başqalarından seçilmək arzusu yox idi. Nail olduğu hər şey gərgin elmi axtarışların və böyük zəhmətin nəticəsidir. Onun imkanlarını bilən atam icazə verə bilməzdi ki, bu potensial gerçəkləşməmiş, istifadəsiz qalsın”.

Tibddə fenomenallıq: “Traxoma”nın “ləğvi”

Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdiyi illərdə, 1947-ci il ərəfələrində Azərbaycanda gözü zədələyən, müxtəlif ağırlaşmalara, hətta korluğa belə səbəb olan traxoma infeksion xəstəliyi yayılmışdı. Ölkə ərazisində tüğyan edən bu xəstəliklə mübarizədə effektiv müalicə üsulları aşkarlana bilmirdi. Elə bir vəziyyət yetişmişdi ki, xəstəliyin çarəsi yalnız oftalmologiya elminin deyil, eyni zamanda bütün ölkənin əsas gündəminə çevrilmişdi.

Akademik Zərifə Əliyeva traxoma xəstəliyinin qarşısının alınması istiqamətində çoxşaxəli tədbirlərdə fəal iştirak edirdi. Əhali arasında maarifləndirmə tədbirlərinin aparılması, mühazirələrin oxunması, xəstəliyin əhatə dairəsinin daha geniş olduğu ərazilərə səfərlərin təşkil edilməsi Zərifə xanımın həyata keçirdiyi tədbirlərdən sadəcə bir neçəsi idi.

Oftalmologiya elmini inkişaf etdirmək və yeni nailiyyətlərə imza atmaq niyyətində olan alim Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnməyə qərar verir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyət göstərir. 1950-ci ildə aspiranturaya daxil olur. Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini, məhz traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir.

Zərifə xanımın traxoma xəstəliyi ilə mübarizədə təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz onun adı ilə bağlıdır.

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Zərifə Əliyevin tibdə gördüyü çoxsaylı işlər, iştirak etdiyi və təşkilatçısı olduğu tədbirlər, eyni zamanda qazandığı uğurlar barədə söhbət açıb:

“1977-ci ildə Bakıda Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib. Müxtəlif yerlərdən dəvət olunmuş oftalmoloqlar Zərifə xanımın respublikada görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması barədə təklifini rəğbətlə dəstəkləmişdilər.

1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriya yaradıldı.

Zərifə Əliyeva 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın oftalmoloq-alim adını qazanmışdı”.

“1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlara, alınan elmi nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Bu sahədə də Zərifə xanım Əliyeva həqiqi üzv seçilmiş ilk alim-oftalmoloq idi” – deyə komitə sədri əlavə edib:

““Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyaların və digər elmi əsərlərin müəllifidir.

Zərifə Əliyevanın elmi tədqiqatlarının bir hissəsi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir.

-“Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”;

-“Gözün yaşla əlaqədar dəyişiklikləri və görmə-sinir yolları” adlı monoqrafiyalarının müəllifidir.

-“Göz sulanmasının fiziologiyası”

-“Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” və digər əsərləri daktriologiyaya həsr edilib.

-“Terapevtik oftalmologiya”

-“Oftalmologiyanın aktual məsələləri”

-“İridodiaqnostikanın əsasları” və s. kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir.

Azərbaycanda oftalmologiya elminin inkişafı və yüksələn xətt üzrə istiqamətlənməsi, məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

Görkəmli alim kitablarının birində də qeyd etdiyi kimi, əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir. Onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır.

Bu gün onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi tamamilə ödənişsiz şəkildə Azərbaycan insanına, xalqına layiqli xidmət göstərir. Azərbaycanın digər oftalmoloq alimlərinin də qeyd etdiyi kimi bu gün ölkəmizdə elmin inkişafı Zərifə Əliyeva ənənəsinin davamı kimi qabaqcıl dünya təcrübəsinə əsaslanaraq inkişaf etdirilir.

Görkəmli alimin əziz xatirəsinə həsr olunan onlarla kitab, şeir və musiqilər sayəsində onun müstəsna xidmətləri daim yad edilir. Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə yanaşması, bir ananın övladına göstərdiyi nəvazişi, qayğını xatırladır. Eyniylə, məhz ona həsr olunan məşhur musiqinin sözlərində də qeyd olunduğu kimi: “Əziz anam, şirin sözlü anam, Qəlbin kövrək, eşqin solmaz bahar...””

Kamaləddin Qafarov

Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür.

“Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım tibb elmində təcrübi səhiyyəyə dair son dərəcə əhəmiyyətli araşdırmalar aparıb. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, eləcə də dünya təcrübəsində əsas problemlər sırasında dayanan peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur”.

Deputat bildirib ki, görkəmli akademikin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolu olub:

“Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdı”.

Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Qafar Ağayev

Paylaş:
1565

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər