Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb

Qafar Ağayev15:22 - 09 / 05 / 2024
Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıb

Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

1news.az bu barədə KOBİA-ya istinadən xəbər verir.

Memorandumda KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. Sənədi KOBİA-nın sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıb.

Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

O. Məmmədovun İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcukla keçirdiyi görüşdə qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilati dəstək məsələləri müzakirə edilib.

KOBİA və SESRİC arasında da əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur.

İndiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət protokolu imzalanıb. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.

Paylaş:
165

Son xəbərlər

Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35
Bütün xəbərlər