Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

12:47 - 09 / 05 / 2024
Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”

“Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qeyd etmək lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, bu illər ərzində ölkələrimiz arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. “Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaq. Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

K.Qafarov Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın xüsusilə böyük perspektivlər vəd etdiyini diqqətə çatdırıb: “Təbii ki, Azərbaycan-Bolqarıstan əlaqələrində əsas istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. Keçən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir. Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək”.

Paylaş:
147

Son xəbərlər

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:01İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi19 / 05 / 2024, 21:12
Bütün xəbərlər