“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Qafar Ağayev16:27 - 09 / 05 / 2024
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİ

Futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş verən hadisə ilə bağlı üç nəfər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb: “Əməli törətməkdə şübhəli bilinənlər - şəhər sakinləri B.Əhmədov, S.Qasımov və R.Əhmədov saxlanılıblar. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib. Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüblər.

İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum edib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R. və Ə.G. ciddi xəsarət alıblar.

Paylaş:
125

Son xəbərlər

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56
Bütün xəbərlər