Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH

Qafar Ağayev11:12 - 26 / 04 / 2024
Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRH

Çardaq, söhbətgah, dam örtüyü bunlar adətən həyətlərdə, bağlarda, parklar üçün nəzərdə tutulsa da Azərbaycanda bu məkanlarla yanaşı, bu sadalananlar qəbiristanlıqlıqlarda da istifadə edilir.

Dünyanın bir çox yerində bununla bağlı müəyyən olunan standartlara riayət olunsa da Azərbaycanda hələki bununla bağlı nə sərt nəzarət var, nə də vətəndaşlar könüllü şəkildə bu israfdan çəkinirlər.

Vəfat edən şəxslərin yaxınları sanki bir-biri ilə bəhsə girərək, qəbiristanlıqda minlərlə pulu israf edirlər. Bəzən məzar daşlarının, heykəllərin qəbiristanlıqda inşa edilən çardaqların qiyməti ev qiymətindən də baha olur.

Bu pula isə hansısa ağır xəstəlikdən əziyyət çəkən və ya imkanı zəif olan insanlara yardım etmək olar.

Belə olduğu halda həmin vəfat edən şəxsin ruhuna daha çox rəhmət oxutdurmaq olar.

Dəbdəbəli məzar daşları, çardaqlar bəzən ölü yaxınının borclanmasına gətirib çıxarır.

Bəs görəsən qəbiristanlıqlarda belə dəbdəbə yaratmağın İslam dini ilə əlaqəsi varmı?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, dəfələrlə qaldırılmasına baxmayaraq, bu gün də bu məsələ aktualdır.

“İnsanlarımız yas mərasimlərində, qəbiristanlıqlarda israfa yol verirlər. Dəbdəbəli məzar daşları, bəzən heykəllər qoyurlar. Hesab edirəm ki, bunun İslamla, bizim dinimizlə heç bir əlaqəsi yoxdur, bu sadəcə insanların özünün təşəbbüsüdür”.

Belə israfçılığın qarşısının alınması üçün 2 yol var:

“Birinci insanlar özləri anlayaraq belə israfçılığa son qoymalıdırlar, amma görünən odur ki, vətəndaşlar buna getməyə hazır deyil. İkincisi isə hüquqi-normativ akt yaradaraq biz bu prosesi tənzimləyə bilərik. Normativ akt vasitəsilə belə addımların atılması məsələsi nəzərdən keçirilə bilər. Biz bunun üçün müəyyən işləri görə bilərik. Qeyd etdiyim məqam və nüans nəzərə alınmalıdır. Bu məsələnin bizim dinimizlə əlaqəsi yoxdur, din israfçılığa qarşıdır”.

İlahiyyatçı Elşad Miri deyib ki, məzarların üzərində heykəl ucaldılması, sinə daşı qoyulması və s. kimi məsələlərin İslam dini ilə əlaqəsi yoxdu.

“İslamın yeganə mənbəyi Qurani Kərimdir və Quran da insanların ölüm, dəfn kimi məsələlərlə bağlı deyil, əsasən düzgün yaşamaları, dürüst yaşamaları, ətrafdakı insanlara qarşı yaxşı olmaları, saleh əməllərini əsas alır. Digər məsələlər adətlərlə bağlıdır, bu məsələyə İslam dini qarışmır. İslam dinini 6-cı əsrdə gəlmiş bir din qəbul etsək, həmin dövrdən əvvəl də insanlar öz yaxınlarını necə dəfn edirdilərsə, İslamdan sonra da eyni davam etdirilib. Yəni xüsusi bir adət-ənənə gətirilməyib, qanunlar qoyulmayıb. Bu gün bəzi ölkələrdə vəfat edən şəxsin nəşini yandırmaq kimi bir adət var, ona heç kimin qarışa bilmədiyi kimi buna da qarışa bilməz”.

“Amma buna biz başqa tərəfdən baxa bilərik” – deyə E.Miri əlavə edib:

“Bu gün baxdığımızda görürük ki, yas mərasimlərində, qəbiristanlıqlarda edilənlər israfçılıqdır. Bunun nə vəfat şəxsə, nə də yaxınlarına heç bir faydası yoxdur. Bu olanlar sadəcə insanların bir-birini qınamasından, yaxud da “qonşudan geri qalmamaq” prinsipindən qaynaqlanan məsələlərdir. Yenə deyirəm, bunun İslam dininə, Qurani Kərimə heç bir aidiyyatı yoxdu”.

Yazır Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

Paylaş:
592

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər