BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO

Qafar Ağayev14:08 - 17 / 04 / 2024
BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağının açılışı olub.

1news.az xəbər verir ki, açılış mərasimində BDU rəhbərliyi, AMŞ-nin İdarə Heyətinin üzvləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını bildirib. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, praktikadan olan peşəkarların tədris prosesinə cəlbi baxımından Mətbuat Şurasının otağının açılması mühüm əhəmiyyətə malikdir. Bununla tələbə jurnalistlərin peşə vərdişləri daha da artacaq.

Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid isə qeyd edib ki, Şura ilə Jurnalistika fakültəsi arasında əməkdaşlıq getdikcə inkişaf edir: "Cəmiyyətin peşəkar jurnalistlərə hər zaman ehtiyacı var. Jurnalistika fakültəsini bitirənlər öz peşəkarlıqları ilə yanaşı, etik məsələlərə daha çox əməl etmələri ilə seçilirlər. Jurnalistika fakültəsində Mətbuat Şurası otağının olması çox yaxşı təşəbbüsdür. Şuranın müxtəlif komissiyalarının iclasları tələbələrimizin iştirakı ilə keçiriləcək. Bu, onların yetişməsində mühüm rol oynayacaq. Burada Mətbuat Şurasının üzvləri, tanınmış jurnalistlərlə tələbələrin müntəzəm görüşləri təşkil olunacaq. Bu, həm də BDU-nun ictimaiyyətə açıq olmasının göstəricisidir".

Paylaş:
104

Son xəbərlər

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edibBu gün, 10:33Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:27Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 10:12Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülübBu gün, 10:08Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblarBu gün, 10:05Azərbaycan nefti ucuzlaşmağa davam edirBu gün, 09:58Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 09:46Sumqayıtda döyüşə yararlı sursat aşkarlandı - FOTOBu gün, 09:37Bu rayonlarda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:31Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:25ADNA terrorundan 15 il ötür - FOTOBu gün, 09:16Laçına daha 21 ailə yola düşüb - FOTOBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:02Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58
Bütün xəbərlər