Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu! | 1news.az | Xəbərlər
Cəmiyyət

Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

09:46 - 30 / 04 / 2024
Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

“Yeni Dəyər Zənciri” konsepti ilə 13 may 2024-ci il tarixində Gülüstan sarayıda 600 nəfərin iştirakı ilə baş tutacaq Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri məlum olub.

“Facemark”“Admedia” şirkətlərinin təşkilatçılığı, “Azərsun Holdinq” -in Baş Sponsorluğu, “Roof Academic Training” -in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi” -nin Gold Sponsorluğu və “Qardaşlar Mebel”, “Bank of Baku”, “Box Indstruies of Azerbaijan”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

Veyseloglu Şirkətlər Qrupu Mərkəzi Təchizat Direktoru Fərid Qurbanovun moderator olduğu “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq” panelində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, “Azərbaycan Respublikasının Maliyyə nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Sektor Müdiri, Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müşaviri Zahid Vəliyev, Daxili İşlər Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələbərova öz təcrübələrini bölüşəcəklər.

Huner Group-un Təsisçi və Baş direktoru Ehtiram Quliyevim moderator olduğu "Təchizat Zəncirinin Strateji İdarəedilməsi" panelində Azərsun Holdinqin İdarə Heyətinin Üzvü Savaş Uzan, Veyseloglu Şirkətlət Qrupunun Təsisçi və Baş Direktoru Aydın Talıbov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və Demirören Holding Groups-un CEO-su diqqət edilməli mövzulara toxunacaq.

Böyük Britaniyanın The Chartered Institute of Procurement & Supply (CIPS) və The Chartered Institute of Logistics and Transport (CILT) İnstitutlarının Azərbaycandakı Rəsmi Nümayəndəsi, Proqram Rəhbəri və Eksperti, Pro Log şirkətinin Rəhbəri, Layihə Konsultantı Sahilə Həmidovanın moderator olduğu " Təchizat Zənciri: Gələcəyin Dizaynı" panelində Satınalma üzrə Qrup Rəhbəri, İqtisad Elmləri üzrə Fəlsəfə Doktoru Natiq Qaraxanov, Baku City Residences-in Layihə üzrə Baş İcraçı Direktoru Vüqar Abbasov, BP Logistika və Təzchizat Zənciri üzrə Texniki Mühəndis və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası Təchizat Zənciri və Logistika fənni üzrə Ekspert Müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin Rəis Müavini Elçin Musayev və LV Logistics Limited-in Regional Director-u Fuad Məmmədovun spikerliyi ilə baş tutacaq.

Təchizat liderləri zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://sclforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/people/TCchizat-Zenciri-Liderl%C9%99ri-Forumu/

İnstaqram: https://www.instagram.com/tzl.az/

Linkedln: https://www.linkedin.com/company/102148371/admin/feed/posts/?feedType=following

YouTube: https://www.youtube.com/watch?v=Yv6Urx2OnEg&list=PLNAQ8xBu6-NOLVjDbDSTWPv8G-RkbGSBR&index=28

Reklam hüququnda

Paylaş:
132

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər