BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma | 1news.az | Xəbərlər
Mədəniyyət

BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma

17:39 - 29 / 04 / 2024
BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma

Bakı Dövlət Universitetinin (BDU) tarixi ilə bağlı yeni araşdırma aparılıb.

1news.az xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov, Elnur Nəciyev və Emin Məlikov aparıblar.

Tarixçilər saytımıza bildiriblər ki, indiyədək yayılmış informasiyalarda BDU-nun adının 5 dəfə dəyişdirildiyi göstərilib:

"Amma arxiv sənədləri sübut edir ki, BDU-nun adı 7 dəfə (1922, 1924, 1934, 1939, 1990, 1991, 2000) dəyişdirilib. Yeni araşdırmamız xronologiya formasındadır. Burada BDU-nun tarixi aydın və yığcam şəkildə təqdim edilir.

Araşdırmamızda həmçinin qeyd edilir ki, 105 yaşlı ali məktəbin tarixi adı ilk dəfə 2000-ci ildə yox, 1990-cı ildə bərpa olunub. Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 1 mart 1990-cı il tarixli əmrində deyilirdi: "S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ilkin adı bərpa edilsin və Bakı Dövlət Universiteti adlandırılsın".

Biz tarixçi alimlər Ziyad Əmrahov və Samir İsmayılova dərin təşəkkür edirik! Bu xronologiyanı onların "Bakı Dövlət Universitetinin tarixi" adlı kitabındakı arxiv sənədləri əsasında tərtib etmişik. Sonda onu da bildirmək istəyirik ki, yeni araşdırmamızı BDU-nun 105 illik yubileyinə həsr etmişik".
Tarixçilərin araşdırmasına görə, BDU-nun adı aşağıdakı kimi olub:
1) 1919-1922 - BDU

2) 1922-1924 - ADU

3) 1924-1930 - V.İ.Lenin adına ADU

4) 1930-1934 - fəaliyyəti dayandırılıb

5) 1934-1939 - ADU

6) 1939-1990 - S.M.Kirov adına ADU

7) 1990-1991 - BDU

8) 1991-2000 - M.Ə.Rəsulzadə adına BDU

9) 2000-ci ildən - BDU

Paylaş:
407

Son xəbərlər

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 12:50Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 11:31Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə bilərBu gün, 11:25Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olubBu gün, 11:16Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilibBu gün, 11:09AccessBank-da “VIP Club”-ın rəhbəri: Biz müştərilərimizə eksklüziv bank məhsulları və fərdiləşdirilmiş premium xidmət təklif edirikBu gün, 11:00Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub - FAKTİKİ HAVABu gün, 10:55
Bütün xəbərlər