Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB

15:43 - 30 / 04 / 2024
Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB

“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından yola salınan ailələr doğma yurdlarına çatıblar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Laçın rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti bitib. Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7 nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər), Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə Zabux kəndinə köçənlərdir.

Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.

Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

09:10

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
282

Son xəbərlər

Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00
Bütün xəbərlər