Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO

17:03 - 29 / 04 / 2024
Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.

Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər.

Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
129

Son xəbərlər

Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilibBu gün, 14:09Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54
Bütün xəbərlər