Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir | 1news.az | Xəbərlər
İdman

Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir

16:50 - 16 / 04 / 2024
Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir

"Tennis.az" klubunun təsisçisi Zaur Bayramovla müsahibəni təqdim edirik:

- Zaur müəllim, uzun illərdir ki, tennislə məşgul olursunuz. Ətrafınıza da xeyli sayda tennis həvəskarları toplaşıb.

Bilirik ki, həvəskar tennisçilər arasında keçirilən müxtəlif yarışların da təşkilatçısı sizsiniz. Bu yaxın- larda isə beynəlxalq turnirə qatıldığınızı, hətta uğurla çıxış etdiyinizi də eşitdik. Söhbətə özünüz və tennisə olan həvəsiniz haqqında məlumatla başlasaq, düşünürəm ki, daha maraqlı alınar...

- Təqdimata görə təşəkkür edirəm. Düzgün vurğuladınız, bu yaxınlarda 17 yaşı tamam olan "Tennis.az" klubunun təsisçisiyəm. 20 yaşımdan tennislə həvəskar şəkildə məşğul oluram. 2007-ci ildən bu sahədə menecment işini də həyata ke- çirirəm.

- Həvəskar tennisçilər klubunuzun yaradılması fikri necə yarandı? Sizi bu layihəyə başlamağa sövq edən motivasiya nə oldu?

- Açığı klubun yaradılması tələbatla bağlı oldu. Klubun yaradıldığı 2007-ci ildə ölkədə çoxlu tennis həvəskarı olsa da, onlar oyun üçün rəqib tapmaq- da çətinlik çəkirdilər. Belə olan halda onları bir araya toplaya- caq bir icmanın olması zərurəti yarandı və mən də gecikmədən bu addımı atdım. Tədricən bu işi sevdim və bu işin elə mənə aid olduğunu anladım. O gündən bu günədək tennisdəyəm və elə də qalacağam. Motivasiyamın isə elə işimə olan sevgi olduğunu əminliklə deyə bilərəm. Bu müddət ərzində bir sıra maneələrlə qarşılaşsam da, bizə, idmanı- mıza dəstək olan dostlarımı- zın sayəsində bütün çətinlikləri arxada qoyduq.

- Klubunuzun məqsədi və missiyası nədir?

- Klubun bir çox məqsədi var. Ən başlıcası sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir. Bu istiqamətdə xeyli işlər görülüb və durmadan da görülməkdədir. Prosesin banisi isə sevimli Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevdir. Məhz onun idmana olan diqqəti və qayğısı sayəsində Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən mötəbər yarışlar dediklərimə əyani sübutdur. Avropa, dünya, olimpiya və digər beynəlxalq yarışların qalibi olan idmançılarımızın sayı da ilbəil artmaqdadır. Bütün bunlar həm də Azərbaycanda idmana olan marağın və idmanın kütləviləşməsinin göstəricisidir.

Klubun digər məqsədi tenisin də Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılmasıdır. Bildiyiniz kimi ölkəmizdə digər idman növləri ilə həm peşəkar, həm də həvəskar səviyyədə məşğul olan idmançıların sayı minlərlə, qazanılan medalların sayı isə yüzlərlədir. Bu göstəriciyə görə tennis xeyli geridə idi. Lakin bu amil də bizi da- yandırmadı. Klubumuzun üzvlərindən olanların bir neçəsinin övladları artıq tennislə peşəkar şəkildə məşğul olurlar. Deməli zəhmətimiz yerdə qalmayıb.

- Klubun iş fəaliyyəti nədən ibarətdir?

- Klubun beş yüzə yaxın üzvü var, ancaq onların səviyyəsi fərqlidir. Biz onları gücünə görə sıralıyaraq rəqib tapmaq problemini həll edirik. Çünki, güclü oyunçu özündən zəif oyunçu ilə oynamaq istəmir. Zəif oyunçu da güclü oyunçu ilə oynayanda oyunçu yox, ancaq top daşıyan qismində çıxış etmiş olur. Bizim klubda belə problem yoxdur. Həvəskar tennisçilərin öz ustalıq səviyyələrini artıraraq daha güclü tennisçilərlə qüvvələrini sınamaq imkanları da var. Sevindirici hal isə üzvlər arasında möhkəm dostluq əlaqələrinin birliyin olmasıdır. Gördüyümüz işlə ölkədə tennisin inkişafına, təbliğinə, kütləviləşməsinə töhfə veririk.

- Klubunuzda təşkil etdiyiniz tədbirlər və turnirlər haqqında məlumat verə bilərsi- nizmi? Xüsusilə son illərdə bu işlərin hansı səviyyədə olduğu barədə fikirlərinizi öyrənmək istərdik.

- 2007-ci ildə klubumuz yarandığı gündən bir çox tədbir və turnirlər həyata keçirmişik. Elə ilk turnirimiz "Novruz Cup" adı ilə tarixə qovuşub. Bundan sonra da hər il müxtəlif tədbir və turnir təşkil etmişik. 2018-ci ildə əsasını qoyduğumuz və bu ay sayca 50-cisi keçirilən Tennis Liqası layihəmiz bu tədbirlərin içində ən mötəbəridir. Son illərdə keçirdiyimiz tədbirlərin sayı və miqyası genişlənməkdədir. Tennis Liqası ilə yanaşı keçirilən “Respublika Günü Kuboku", solaxaylar gününə həsr olunmuş “Mobitek Kuboku", "Gardashlar Mebel Doubles Championship", "Zəfər Günü Kuboku", "Gürcüstanda keçirilən Tbilisi-Baku Dostluq Kuboku" turnirlərinin hər biri həvəskar tennisçilər üçün bir tarix, bir dünyadır. Ən böyük nailiyyətlərimizdən biri kimi isə hazırda aktiv fəaliyyət göstərən “tennis.az” veb saytımızı vurğulayardım. Tennisçi dostumuz Sahib Həsənovun hazırladığı saytda tennissevərlər klubumuz və keçirdiyimiz yarışlar haqqında geniş məlumatlar tapa bilər. Bu bizim tennis həvəskarları üçün hazırladığımız məzmun və məhsulları əlçatan edən ən böyük vasitədir.

- Ölkənin yeganə tennis liqasını təşkil etmək çətindir- mi?

- Biz hər zaman bundan qürur duyduğumuzu dilə gətiririk. Ümumən liqa təşkil etmək və onu daimi hala gətirmək əlbəttə çətin bir prosesdir. Belə ki, hər ay liqaya 100 iştirakçı cəlb edirik. Təşkilati işlərlə bağlı hər ay 10-a yaxın tərəfdaşla danışıqlar aparırıq. Bütün bunları həyata keçirmək çox böyük məsuliyyət və ciddilik tələb edir. Məhz işimizə peşəkar yanaşma nəticəsində liqamız samballı mükafat fondu təqdim etməklə bu yarışın təşkilini daimi hala gətirmişdir. Yeri gəlmişkən, hazırda keçirdiyimiz 50-ci Yubiley Liqasının mükafat fondu 5000 AZN təşkil edir. Bu mükafat uğrunda 101 tennisçi mübarizə aparır. Bu uğurlara görə biz tərəfdaşlarımıza və bütün dəstəkçilərimizə təşəkkür edirik.

Qarşılaşdığımız ən böyük çətinlik isə ölkə olaraq yaşadığımız kort problemidir. Oyunları keçirmək üçün kortların sayı çox azdır və bu sayın artması arzuolunandır. Bunun səbəbi də bir tərəfdən yaxşı mənada özümüzük. Son illərdə gördüyümüz işlərin nəticəsidir ki, ölkəmizdə tennis oynayanların sayı xeyli artıb və mövcud kortların sayı tələbatı ödəmir.

- Zaur müəllim, bir az da ITF Master Tour çərçivəsində ko- manda olaraq iştirak etdiyiniz yarışlar haqqında danışaq...

- 2024-cü ilin əvvəlində və bəlkədə bu ilin ən əlamətdar xəbəri də BƏƏ-nin Dubay şəhərində keçirilən MT200 turnirində komanda olaraq iştirakımız oldu.

Yarışda müxtəlif yaş keteqoriyalarında 8 kişi və 2 qadın olmaqla, ümumilikdə 10 nəfərlə təmsil olunduq. Sevindirici məqam isə təmsilçilərimizin 2 kateqoriya üzrə ölkə bayrağını ən yüksək zirvəyə qaldırmaları oldu. Belə ki, 50+ yaş kateqoriyasında Marina Abramenko bütün rəqiblərini məğlub edərək çempion oldu. 40+ yaşda cütlüklərin yarışında isə Marina Abramenko/ Fərəh Şəmsiyevə cütlüyü bütün rəqiblərini məğlub edərək çempion oldular. Bu ölkəmizin bu reytinq səviyyəsindəki ən böyük uğuru idi. Ümumilikdə çox gözəl xatirələri özündə birləşdirən bu səfərə görə bütün iştirakçılara və tərəfdaşlara öz təşəkkürümü bildirirəm.

- Azərbaycanda tennisin populyarlaşması üçün nə kimi səyləriniz var?

- Bizim bütün səylərimiz bu istiqamətdədir. İdmanda belə bir qayda var ki, ölkədə hər hansı bir idman növü populyar olmasa bu növdə uğurlu idmançıların sayı bir o qədər az olacaq. İdmanın populyarlaşması isə valideynlərin yönləndirilməsində mühüm rol oynayır. Eynilə tennis nə qədər populyar olarsa bu növə olan maraq bir o qədər artacaq və idmançı sayı çox olacaq. Kiçik bir nümunə verim: Federeri, Nadalı, Cokoviçi tanımayan adam heç vaxt övladını bu növdə idmançı olmaq üçün yetişdirməz.

- Klubunuzun gələcək hədəfləri nədən ibarətdir? Hansı sahələrdə böyüməyi planlaşdırırsınız?

- Klubumuzun hədəfləri dəyişməzdir. Bizim məqsədimiz hər il daha da inkişaf etmək və əvvəlki ildən daha böyük uğurlara imza atmaqdır. Addım-addım Azərbaycan tennisinin inkişafına dəstək olmaqdır.

- Azərbaycanda tennisin gələcəyi ilə bağlı son fikirləri nizi bölüşə bilərsinizmi?

- Biz Qalib Xalqın nümayən- dələri olaraq istənilən sahədə uğurlar qazanmağa qadir olduğumuzu dəfələrlə sübut etmişik. Düşünürəm ki, bütün sahələrdə olduğu kimi tennisdə də inkişaf olacaq və gücümüzü tennisdə də sübut edəcəyik. Lakin onu da vurğulamalıyam ki, bunun üçün düzgün idarəçilik düşüncəsi, dərin köklü bir təməl və məsuliyyətli iş tələb olunur. Belə olan halda gələcəyə ümidli olmaq olar.

- Oxuculara və tennis həvəskarlarına çatdırmaq istədiyiniz hər hansı mesaj varmı?

- İdmanı sevin, tennisi sevin, tennissiz qalmayın. Hər şey öz əlinizdədir!

- Zaur müəllim, müsahibəyə görə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

Vidadi Baxşiyev

Paylaş:
365

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTO29 / 04 / 2024, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB29 / 04 / 2024, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutuldu29 / 04 / 2024, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB29 / 04 / 2024, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib29 / 04 / 2024, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub29 / 04 / 2024, 14:19
Bütün xəbərlər