Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Qafar Ağayev16:24 - 29 / 04 / 2024
Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Son günlər cənubdan ölkə ərazisinə daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

“Aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb”.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998 və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31.5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin may ayının 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”.

Paylaş:
126

Son xəbərlər

Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olubBu gün, 11:16Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilibBu gün, 11:09AccessBank-da “VIP Club”-ın rəhbəri: Biz müştərilərimizə eksklüziv bank məhsulları və fərdiləşdirilmiş premium xidmət təklif edirikBu gün, 11:00Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub - FAKTİKİ HAVABu gün, 10:55Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:54Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilibBu gün, 10:472 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunubBu gün, 10:18Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşıbBu gün, 10:07Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:03Dünya bazarlarında qızılın qiyməti 2400 dollara yaxınlaşıbBu gün, 09:53Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıbBu gün, 09:51Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:45Azərbaycan Ordusunun hərbçisi vəfat edibBu gün, 09:34AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıbBu gün, 09:16Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıbBu gün, 09:06FHN: Gül mağazasındakı yanğının söndürülməsində 25 texnika və 124 nəfər canlı qüvvəsi iştirak edibBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:59FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22
Bütün xəbərlər