“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO

15:50 - 29 / 04 / 2024
“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO

28 Aprel tarixində “Azərbaycan Automobiles QSC”-a aid olan “Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili, Bakının ən müasir və bənzərsiz ərazilərindən birində yerləşən “Dəniz Mall” ticarət mərkəzinin qonaqları üçün təqdimat mərasimi keçirib.

Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Qonaqlar “VW Touareg 2024” modelinin hər bir xüsusiyyəti ilə yaxından tanış olublar.

İlk dəfə 21 il əvvəl təqdim olunan Touareg, Volkswagen ailəsinin ilk krossoveridir. Hal-hazırda Volkswagen bir çox SUV tipli avtomobil istehsal etsə də, Touareg flaqman model olaraq qalmaqdadır.

Yeni Touareg modelinin ön və arxa tərəfinə yeni işıq diod xətlər əlavə edilib, bu da öz növbəsində avtomobilə müasir görüntü verib.

Tamamilə Yeni “IQ Light” LED fənərlər üç L hərif formasında dizayn edilib və innovativ matriks texnoloqiyası ilə mikro-işıqdiodlarla təciz olunub.

Təklif olunan, 15 düym diaqonala malik çox böyük sensor monitor ilə MirrorLink®, Apple CarPlay™ və Android Auto™ texnologiyalarının dəstəkləndiyi App-Connect tətbiqindən istifadə edərək və Digital Cockpit rəqəmsal cihazlar paneli, sürəti, taxometri və yanacaq səviyyəsini əks etdirməyə imkan verməklə yanaşı, 12,3 düymluq yüksək icazəli ekranda çıxarılan məlumatları sizin üçün rahat şəkildə tənzimləyə imkan yaradır.

Əlavə olaraq Yeni Touareg modelində 4 zonalı klimat kontrol və simsiz şarj etmə funksiyaları əlavə olunub.

Həmişə lazım olan hündürlükdə:

Pnevmatik asqı, sözün əsl mənasında hərəkət zamanı ən yüksək rahatlıq səviyyəsini təmin edir. Seçdiyiniz idarəetmə rejimindən (COMFORT, NORMAL, SPORT, İNDİVİDUAL, YOLSUZLUQ, QIŞ) asılı olmayaraq, Volkswagen Touareg sizə səfərin necə olacağına qərar verməyə imkan yaradacaq. Bundan əlavə, banı qaldırmaq və 300 mm-ə qədər artırılmış klirensi də quraşdırmaq olar. Bununla yanaşı, yükləmələrin və boşaltmaların asanlaşdırılması üçün banın arxa hissəsini standart vəziyyətə nisbətən 50 mm aşağı salmaq olar.

Rəsmi satış mərkəzində VW Touareg R-Line komplektasiyasıda təqdim olunub. Fərqli agressiv idman üslüblu Touareg R-Line premium Dynaudio səs sistemi və xüsusi “LEEDS” disklər ilə təciz olunmuşdur.

Hər iki komplektasiya ilə tanış olmaq üçün, yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri, müştərilərə avtomobillərə dair tam məlumat verməyə, test-drayv təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazırdırlar.

Ünvan : Nəcəfqulu Rəfiyev küç.29

Telefon : *0999

Reklam hüququnda

Paylaş:
316

Son xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlərBu gün, 14:29Azərbaycan-Belarus sənədləri imzalanıbBu gün, 14:26Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 12:50Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 11:31
Bütün xəbərlər