Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

15:41 - 16 / 04 / 2024
Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələr həyata keçirilir. Bunlardan biri də "McDonald’s Azərbaycan" şirkətinin Care Group şirkəti ilə birgə həyata keçirdiyi “Eco-Ambassadors” adlı təşəbbüsdür. Layihə çərçivəsində internat məktəbinin şagirdləri üçün maarifləndirici və praktiki seminarlar keçiriləcək.

İlin sonunadək davam edəcək layihədə 11 saylı internat məktəbindən 100-dən çox yeniyetmə iştirak edəcək.

Layihənin əsas məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması və mühüm ekoloji problemlər haqqında məlumatlılığın artırılmasıdır. Bu təşəbbüs gənc nəsildə ətraf mühitə qarşı məsuliyyət hissinin inkişafına kömək edəcək.

Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, tinglik qutularının quraşdırılması və plastik tullantıların idarə olunması üçün konteynerlərin quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi kampaniyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması və digər işlər həyata keçiriləcək. Bu praktiki məşğuliyyətlər yeniyetmələr arasında xüsusi bacarıqların inkişafına kömək edəcəkdir.

Layihənin həyata keçirilməsi üçün ekologiya üzrə ekspertlər və müəllimlərlə məsləhətləşmələr əsasında fərdi təhsil proqram təminatı işlənib hazırlanacaq.

Bütün bu tədbirlər “McDonald's Azərbaycan” şirkətinin əməkdaşları ilə birgə həyata keçiriləcək. Ətraf mühitin mühafizəsi daim şirkətin prioritet istiqamətləri sırasında olub və bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.

Paylaş:
190

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər