QDF “Qarabağın Rəngləri” adlı layihəni təqdim edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF “Qarabağın Rəngləri” adlı layihəni təqdim edir - FOTO

11:37 - 09 / 04 / 2024
QDF “Qarabağın Rəngləri” adlı layihəni təqdim edir - FOTO

Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunması məqsədilə “Qarabağın Rəngləri” adlı yeni layihəsini təqdim edir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.

Həmin gənc rəssam və heykəltaraşlar 200-dən artıq Akademiya tələbələri arasında keçirilən açıq müsabiqə vasitəsi ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və Akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov kimi təsviri incəsənətimizin məşhur simalarından ibarət olan münsiflər heyəti tərəfindən seçilib.

Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər (o cümlədən kətanlar, rənglər, materiallar, çərçivələr və s.) və tələbələr üçün xüsusi təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.

Qeyd edək ki, Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin bir hissəsi artıq satışa çıxarılıb. Qalan hissəsinin isə yaxın gələcəkdə xüsusi qala gecəsi çərçivəsində təşkil olunacaq xeyriyyə hərracı vasitəsilə satışa çıxarılması nəzərdə tutulub. Daha sonra işlər Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.

Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Qeyd edək ki, əsərləri əldə etmək üçün birbaşa Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.

Layihə və işlər haqqında ətraflı məlumatla layihənin rəsmi internet-səhifəsi, xüsusi kataloqu və qiymət cədvəlindən tanış olmaq mümkündür.

Rəsmi internet-səhifə

Kataloqa keçid

Qiymət cədvəli

Fonda ianə etmək imkanları barədə Qarabağ Dirçəliş Fondunun rəsmi səhifəsində tanış olmaq mümkündür.

Qeyd olunmalıdır ki, aprelin 5-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Elmi Şurasının iclasında layihənin, eyni zamanda layihə çərçivəsində hazırlanan kataloqun və https://colorsofkarabakh.com saytının təqdimat mərasimi keçirilib.

Mərasimdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, ADRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə, ADRA-nın professoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəlibəyov, Akademiyanın professor-müəllim heyəti, eləcə də Fondun əməkdaşları iştirak ediblər. Layihə və təqdim olunan əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş:
176

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib29 / 04 / 2024, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndi29 / 04 / 2024, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırma29 / 04 / 2024, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEO29 / 04 / 2024, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib29 / 04 / 2024, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEO29 / 04 / 2024, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb29 / 04 / 2024, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olub29 / 04 / 2024, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edib29 / 04 / 2024, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb29 / 04 / 2024, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub29 / 04 / 2024, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olub29 / 04 / 2024, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı29 / 04 / 2024, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEO29 / 04 / 2024, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTO29 / 04 / 2024, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB29 / 04 / 2024, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutuldu29 / 04 / 2024, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB29 / 04 / 2024, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdirib29 / 04 / 2024, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub29 / 04 / 2024, 14:19
Bütün xəbərlər