Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb

17:16 - 08 / 04 / 2024
Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb

Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen arasında 5 aprel 2024-cü il tarixində Brüsseldə keçirilmiş görüşdə Avropa İttifaqı və ABŞ tərəfindən Ermənistana yardım göstərilməsi barədə qərarlar verilib: "Mətbuata verilmiş məlumatda ancaq maliyyə yardımı ediləcəyi bildirilsə də, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur".

Qeyd olunub ki, bu gün Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup Azərbaycanafob deputatı ABŞ-nin Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layenə müraciət edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın “təhlükəsizliyinə” yardım etməyə çağırıblar: "Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb.

Saxtakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayaraq viran qoymuş, 300 min Qərbi azərbaycanlının öz evlərinə qayıtmasına hələ də imkan verməyən Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları isə ikrah hissi doğurur".

"Qərbi Azərbaycan İcması Avropa Parlamenti üzvlərinin qərəzli müraciətini rədd edir, bir daha Aİ-ni və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa və Ermənistana hərbi dəstək göstərməməyə çağırır. Aİ və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir",- bəyanatda vurğulanıb.

Paylaş:
165

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər