Cənubi Qafqazın sülh təşəbbüskarları | 1news.az | Xəbərlər
Siyasət

Cənubi Qafqazın sülh təşəbbüskarları

16:34 - 18 / 03 / 2024
Cənubi Qafqazın sülh təşəbbüskarları

Əsrlər boyu Cənubi Qafqaz regionunda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanan dostluğa köklənmişdir.

Müdrik Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi. Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkənin xarici siyasət prioritetlərini elan edəndə öz təcrübəsi və mövcud imkanlardan məharətlə istifadə edərək Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə hələ Sovetlər dönəmindən başlayan dostluğu sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirdi. Belə ki, xalqlarımızın tarixi əlaqələrinin daha da zənginləşdirilməsi, eləcə də Cənubi Qafqazda münaqişə ocaqlarının olmaması üçün yeni çağırışların üzərində qurulan fəaliyyət ortaya qoyuldu.

Bu gün Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddət ərazində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.

Bu gün keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradır. 16 mart 2024-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

Görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir.

İqtisadi arena ilə yanaşı, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq münasibətləri formalaşıb, regionda təhlükəsizlik və xalqların rifahına xidmət edən bir sıra vacib layihələr həyata keçirilib. Bu layihərəldən biri də Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini bir araya gətirən, Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramı olub. Qeyd edim ki, bu layihə özündə qanunvericilik, səhiyyə, təhlükəsizlik, təhsil, sərhədlərin inteqrasiyası kimi istiqamətləri ehtiva edərək, əməkdaşlıq mexanizminin formalaşması və razılaşdırılmış birgə fəaliyyətin həyata keçirilməsini təmin edib.

Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən ənənəvi görüşlər bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər və tam təhlükəsiz, sülh içində, rifahlı həyatın Cənubi Qafqazda çiçəklənməsi təmin olunacaqdır.

Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Paylaş:
166

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər