İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ

Qafar Ağayev16:05 - 20 / 11 / 2023
İdman meydançası, tibb müəssisəsi, görüntülü danışıq otaqları - Umbakı penitensiar kompleksindən REPORTAJ

Bir müddət əvvəl Bakının Umbakı qəsəbəsində yeni müasir penitensiar kompleks istifadəyə verilib.

Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən noyabrın 20-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub.

1news.az-ın əməkdaşlarının da iştirak etdiyi media-turda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri də tanış olublar.

Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.

Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.

İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər.

Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər.

Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.

Müəssisə barədə məlumat verən Ədliyyə Nazirliyin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir.

Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.

“Ədliyyə Nazirliyində Penitensiar sistemin müasirləşdirilməsi istiqamətində islahatlar davam edir. Bu islahatlar çərçivəsində dövlət büdcəsi hesabına yeni müəssisələr tikilib istifadəyə verilir. Umbakı penitensiar kompleksin istifadəsi də bu tədbirlərin davamı kimi tikilib istifadəyə verilib. Lənkəranda və Gəncədə də belə müəssisələr inşa edilir. Dövlətimizin siyasətinə uyğun olaraq əsas məqsəd bütün məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Oqtay Məmmədov deyib ki, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

“Eyni zamanda, kompleksdə təcridxana hissəsində təqsirləndirilən şəxslərin saxlanılması nəzərə alınaraq müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub”.

O.Məmmədov qeyd edib ki,cəzaçəkmə müəssisəsəsinə məhkumların köçürülmə məsələsi yaxın günlərdə həyata keçiriləcək. O cümlədən, cəzaçəkmə müəssisəsinin müşayiətedici konvoy dəstəsi olacaq. Eyni zamanda, onları mühafizə edəcək bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üçün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Rəis müavini bildirib ki, məhkumların qida təminatı Nazirlər Kabinetinin qərarına uyğun olaraq çeşidlənib.

“Bu istiqamətdə biz pilot layihə həyata keçiririk. Belə ki, kulinariya Mərkəzinin peşəkar aşpazları tərəfindən məhkumlara aşpaz kursları keçirilir. Onlara keyfiyyətli yeməyin bişirilməsi öyrədilir. Yeməyin bişirilməsində birbaşa aşpazların özləri də iştirak edirlər. Bu da qida təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək bir layihədir”.

“Bütün müəssisələrimizdə olduğu kimi burada da məhkumların faydalı əməklə məşğul olması üçün şərait yaradılıb. Burada sexlər yaradılıb və məhkumlar əmək fəaliyyəti ilə məşğul ola biləcəklər” – deyə, o, əlavə edib.

Foto: Nadir İbrahimli

Paylaş:
1702

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblarBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54
Bütün xəbərlər