“Sabah” “Dostluq üçün futbol” layihəsində iştirakından danışıb – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Sabah” “Dostluq üçün futbol” layihəsində iştirakından danışıb – FOTO

15:06 - 23 / 04 / 2019
“Sabah” “Dostluq üçün futbol” layihəsində iştirakından danışıb – FOTO

“Sabah” futbol klubu bu il Madriddə keçiriləcək “Dostluq üçün futbol” layihəsində komandanın üzvlərinin iştirakı ilə əlaqədar mətbuat konfransı keçirib.

1news.az-ın verdiyi xəbərə görə, mətbuat konfransında akademiyanın seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, layihənin Azərbaycan üzrə nümayəndəsi Rüstəm Əzimov, U-12 komandasının məşqçisi Samir Əbdürəhmanov və Madridə gedəcək gənc oyuçular iştirak edib.

“Sabah”ı Madriddəki turnirdə U-12 komandasının üzvləri Ayxan Əlizadə və Babamirzə Mehdiyev təmsil edəcək. Həmçinin Azərbaycanı futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da təmsil edəcəklər.

Təbdirin əvvəlində R.Əzimov ilk olaraq layihə haqqında danışıb:

“Dostluq üçün futbol”  layihəsinin məqsədi – futbol vasitəsilə, gənc nəslə aktual dəyərləri və sağlam həyat tərzinə marağı aşılamaqdır. Məqsədimiz bütün dünyadan olan uşaqları futbol vasitəsilə bir araya gətirmək, birləşdirmək, onların arasında mədəni və mənəvi əlaqələri gücləndirməkdir”.

 

Öz növbəsində İlqar İsrafilov qeyd edib ki, “Sabah”ın bu layihədə iştirakı böyük təcrübədir:

“Sabah” akademiyanın daha çox diqqət ayırdığı yeni klubdur. “Dostluq üçün futbol”  layihəsində iştirak üçün dəvət alan kimi dərhal qəbul etdik. Bu turnir istər uşaqlar, istərsə də bizimçün böyük təcrübə olacaq”.

U-12 komandasının məşqçisi Samir Əbdürəhmanov qeyd edib ki, ölkəmizi layiqincə təmsil etmək üçün əllərindən gələni edəcəklər:

“Biz yalnız “Sabah”ı deyil, bütövlükdə Azərbaycanı təmsil edəcəyik. Turnirdə iki futbolçumuz iştirak edəcək. Bu iştirakçılar keçən mövsüm komandanı çempionluğa aparıb. Bu komanda ilə əvvəlcə çempion olduq, daha sonra isə Türkiyədə “İzmir Kuboku”nu qazandıq. Madriddə iştirak bizim üçün böyük təcrübə olacaq”.

“Sabah” futbol klubu (FK) bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Mayın 28-dən iyunun 2-dək, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.

Qeyd edək ki, "Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək. Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. Layihənin son mərhələsi isə İspaniyanın paytaxtı Madriddə baş tutacaq.

“Sabah” FK “Dostluq üçün futbol” sosial layihəsinin iştirakçısı olacaq

Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb

Azərbaycanlı uşaqlar “Dostluq üçün futbol” beynəlxalq sosial proqramında təmsil olunacaq

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1232

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər