“Sabah” FK “Dostluq üçün futbol” layihəsi çərçivəsində Azərbaycanı Madriddə təmsil edəcək | 1news.az | Xəbərlər
Futbol

“Sabah” FK “Dostluq üçün futbol” layihəsi çərçivəsində Azərbaycanı Madriddə təmsil edəcək

10:10 - 05 / 04 / 2019
“Sabah” FK “Dostluq üçün futbol” layihəsi çərçivəsində Azərbaycanı Madriddə təmsil edəcək

“Sabah” futbol klubu (FK) bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

1news.az-ın verdiyi xəbərə görə, mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər.

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. Klub yaxın günlərdə Azərbaycanı təmsil edəcək iştirakçılar barədə ətraflı məlumat verəcək.

Azərbaycanı Madriddə “Sabah”ın üç futbolçusu və bir məşqçisi təmsil edəcək. Futbolçular arasında qız da var. Həmçinin Azərbaycanı Madriddə gənc jurnalist də təmsil edəcək. Gənc jurnalist turniri işıqlandıracaq.

1news.az-la söhbət zamanı “Sabah”ın seleksiya şöbəsinin rəhbəri İlqar İsrafilov “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirakdan danışıb:

“Təşkilatçılar klubumuzu bu layihədə iştiraka dəvət etdi. “Sabah” gənc klubdur, bizim güclü uşaq akademiyamız var. Hesab etdik ki, bu layihədə iştirak bizə hərtərəfli maraqlı olacaq. Həmçinin marketinq nöqteyi-nəzərindən də maraqlıdır.

Klubda 12 yaşa qədər güclü uşaq komandamız var. Onlar arasında “Izmir Cup”ın qalibləri də var. Ötən mövsümdə U-12 komandamız ölkə çempionu oldu. Qolkiper və hücumçumuz turnirin ən yaxşıları elan edildi.

Madridə üç yetirməmiz: iki oğlan və bir qız yollanacaq. Onlarla birlikdə U-12 komandasının uğur qazanmasında böyük rol oynamış məşqçi də gedəcək. İstəyirik ki, “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin turnirində ən yaxşı oyunçularımız iştirak etsin. Axı onlar təkcə “Sabah” futbol klubunu deyil, bütün Azərbaycanı təmsil edəcək. Artıq iştirakçılar seçilib, sənədləşmə işləri ilə məşğuluq”.

Öz növbəsində  “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüstəm Əzimov ölkəmizi bu cür qlobal layihədə təmsil etməyin vacibliyindən danışıb:

“Dostluq üçün futbol” layihəsi yaşından, cinsindən, fiziki imkanlarından asılı olmayaraq insanları sülh və dostluğu öyrədir. Çox şadam ki, “Sabah” futbol klubu yerli klub olaraq proqramda iştirak edəcək. “Sabah” uşaq futboluna xüsusi diqqət ayırır. Düşünürəm ki, layihədə iştirak uşaqlara, eləcə də məşqçiyə qiymətsiz təcrübə verəcək”.

Qeyd edək ki, “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək. Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.

Azərbaycanlı uşaqlar “Dostluq üçün futbol” beynəlxalq sosial proqramında təmsil olunacaq

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

S.Xankişiyeva

 

Paylaş:
1492

Son xəbərlər

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07
Bütün xəbərlər