Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

12:10 - 08 / 06 / 2018
Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

Tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Rusiyada keçiriləcək Futbol üzrə dünya çempionatı çərçivəsində Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirinə gedəcək Azərbaycanlı gənc futbolçu Conatan Ferqüssonla görüşüb.

Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.

Bu turnir Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına hazırlıq çərçivəsində baş tutacaq. Turnirin iştirakçısı olan gənclər isə çempionatın açılış matçını qonaq qismində izləyəcəklər.

Gənc futbolçuya uğurlar arzu edən Gülnarə Xəlilova bildirib ki, “Dostluq üçün futbol” kimi layihələri hər zaman dəstəkləmək lazımdır.

“Çünki idman hər şeydən öncə xalqın sağlamlığı, gələcək nəslin sağlamlığıdır. Bu layihə də təkcə xalqları idmana deyil, həmçinin dünyanın 60-dan çox ölkəsindən olan yeniyetmə və idmançıları biləşdirir. “Bizlərə sadəcə “Dostluq üçün futbol” layihəsinin bütün iştirakçılarına uzun illər boyu uğurlar arzulamaq qalır”.

Sonra layihəsi çərçivəsində azərbaycanlı nümayəndə simvolik bilərziyi Gülnarə xanımın qoluna  taxıb. Bilərziyin göy rəngi sülh səmasını, yaşıl isə - hər kəsə əlçatan futbol meydançasını simvolizə edir.Gülnarə xanım əlavə edib ki, əgər sülh olmasa, peşəkar idman və sağlam həyat tərzi də olmaz.yacaq. Ona görə də o həmişə sülh və əmin-amanlığı dəstələyib.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib

S.Xankişiyeva

 

Paylaş:
2235

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər