Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb

16:19 - 15 / 04 / 2019
Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb

“Sabah” futbol klubunun üzvləri bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcək.

1news.az-ın verdiyi xəbərə görə, “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüstəm Əzimov klubun layihədə təmsil olunacaq futbolçularının adlarını açıqlayıb.

Belə ki, “Sabah” FK Madriddə baş tutacaq yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.

Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

Qeyd edək ki, “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək. Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir. Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub

“Sabah” FK “Dostluq üçün futbol” layihəsi çərçivəsində Azərbaycanı Madriddə təmsil edəcək

Azərbaycanlı uşaqlar “Dostluq üçün futbol” beynəlxalq sosial proqramında təmsil olunacaq

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

S.Xankişiyeva

 

 

 

Paylaş:
983

Son xəbərlər

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48
Bütün xəbərlər