Venesuela, İran və petrodolların gələcəyi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Venesuela, İran və petrodolların gələcəyi

12:15 - 25 / 02 / 2020
Venesuela, İran və petrodolların gələcəyi

Sovet İttifaqı dağılandan sonra, XXI əsrin başlanğıcı Avrozonanın yaranması və Çinin qlobal iqtisadi dövlət kimi dirçəlişi ilə əlamətdar oldu.

Bundan başqa, terrorizmin və proksi-müharibələrin (proksi-müharibə və ya vasitəçilik müharibəsi (ing. Proxy war) — iki dövlət arasında münaqişə və heç bir quruluşun birbaşa digərinə aid olmadığı qeyri-dövlət quruluşları arasında qarşıdurma) artması, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrində siyasi rejimin dəyişməsi də həmin dövrün səciyyəvi əlamətləridir. Bu dəyişikliklər əsasən çox böyük geosiyasi əhəmiyyət kəsb edən və zəngin neft ehtiyatlarına malik olan ölkələrdə baş vermişdir.

Xam neftin dəyəri üzərində nəzarət uğrunda mübarizə bütün XX əsr ərzində ən aktual mövzulardan biri olmuşdur. Bu mübarizədə ABŞ və OPEK (OPEC – neft ixrac edən ölkələrin beynəlxalq karteli) tarixi rəqiblərdir. Keçən əsrin ortalarından başlayaraq yaxın vaxtlara qədər bu qarşıdurmada OPEK həlledici üstünlüyə malik idi. Amma şist neftinin (ing. Shale oil) hasilatı sahəsində kəşfdən sonra ABŞ bu mübarizədə lider statusunu özünə qaytarmağa nail oldu.

Dünyada kəşf edilmiş neft ehtiyatlarının ümumi həcmi 1.67 trilyon barel, illik istehlakın cari həcmi isə 36 milyard barel təşkil edir. Beləliklə, dünya üzrə neft ehtiyatları daha 50 ilə çatmalıdır.

Hazırda ABŞ dünya üzrə neft ehtiyatlarının təxminən 50 faizinə birbaşa və ya Səudiyyə Ərəbistanı, Kanada, İraq, Küveyt, BƏƏ, Liviya və Qətər kimi müttəfiq ölkələr vasitəsilə dolayı yolla nəzarət edir (bax: Cədvəl 1). Cari yüzilliyin lap əvvəlindən ABŞ zəngin neft yataqlarına malik olan İraq, Küveyt, Liviya və Yəmən kimi ölkələrdə, həmçinin Əfqanıstan və Misir kimi geosiyasidir əhəmiyyətli dövlətlərdə rejimin dəyişməsinə nail olmuşdur. İraq, Küveyt və Liviyada kəşf edilmiş neft ehtiyatların həcmi demək olar ki, 300 milyard barelə bərabərdir, bu isə dünya üzrə kəşf edilmiş neft ehtiyatlarının təxminən 17 faizi deməkdir. Dünya üzrə kəşf edilmiş neft ehtiyatlarının 10 faizinin yerləşdiyi İran Rusiya və Çin tərəfindən  dəstəkləndiyinə görə ABŞ üçün əlçatmaz olaraq qalır, amma ABŞ Yaxın Şərqin və Şimali Afrikanın neftlə zəngin ölkələri ətrafında öz mövqelərini möhkəmlətmək planlarından əl çəkmir.

Cədvəl 1

Kəşf edilmiş neft ehtiyatları ən çox olan ölkələr

2017
Reytinq

Ölkələr

Ehtiyatlar (milyon barel)

2017
Reytinq

Ölkələr

Ehtiyatlar (milyon barel)

1

Venesuela

300,878

11

Nigeriya *

37,062

2

Səudiyyə Ərəbistanı *

266,455

12

Qazaxıstan

30,000

3

Kanada *

169,709

13

Çin

25,620

4

İran

158,400

14

Qətər *

25,244

5

İraq *

142,503

15

Braziliya

12,999

6

Küveyt *

101,500

16

Əlcəzair

12,200

7

BƏƏ *

97,800

17

Anqola *

8,273

8

Rusiya

80,000

18

Ekvador

8,273

9

Liviya *

48,363

19

Meksika

7,640

10

ABŞ *

39,230

20

Azərbaycan

7,000

 

20 ölkə üzrə cəmi

1,579,149

 

 

 

 

Dünya üzrə ümumi ehtiyatlar

1,677,000

 

 

 

 

ABŞ-ın nəzarəti altında olan ehtiyatlar

766,430

 

 

 

 

* ABŞ-ın müttəfiqləri olan ölkələr

XXI əsrin əvvəlindən etibarən ABŞ-ın Yaxın Şərqdə iştirakının artması heç də təsadüfi deyil, çox ehtimal ki, yaxşıca düşünülmüş və hərtərəfli götür-qoy edilmiş qərardır. Son onillikdə qüvvələr balansı fasiləsiz olaraq Asiyanın xeyrinə dəyişib, Çin iqtisadi və hərbi baxımdan liderlik edən dövlətə çevrilib. Artıq bu gün, dünyada ikinci ən böyük iqtisadiyyata malik olan (dünya üzrə ÜDM-in 17%-i) Çin Avrasiya qitəsində əsas oyunçuya çevrilib. 2017-ci ildə neft idxalı üzrə ABŞ-ı ($139.1 milyard) üstələyən Çin ($162.2 milyard) petro-dollar statusunu şübhə altına alıb. Sürətlə artan iqtisadiyyat və dəyəri trilyonlarla dollarla ölçülən, Asiya, Afrika və Avropanı birləşdirəcək “Bir kəmər, bir yol” təşəbbüsü, Çinin Avrasiya qitəsində dominantlığa nail olmaq ambisiyalarına təkan verir. Dünya sularının Amerika hərbi gəmilərinin və bazalarının nəzarəti altında olması faktını nəzərə alsaq, Çinin İpək Yolunu bərpa etmək arzusu ki, qəti zərurətdən irəli gəlir. Beynəlxalq sularda hərəkət edən və sanksiyalara məruz qalmış gəmilərin qara siyahılara daxil edilməsi və onların limanlara girişinin məhdudlaşdırıla bilməsi ehtimalı Çinin müttəfiq ölkələrin ərazilərindən keçən quru yollarını etibarlı və təhlükəsiz edir.

Artıq real ticarət müharibəsinə çevrilmiş Çin-Amerika qarşıdurması heç də qəfildən yaranmayıb. Bu, XXI əsrin əvvəlindən etibarən get-gedə güclənən bir prosesin nəticəsidir. Aşkardır ki, ticarət kəsiri Çini küncə sıxmağa ABŞ üçün yalnız bəhanədir. Əslində, dolların ehtiyat valyuta statusu sayəsində, ABŞ-da artıq onilliklər boyunca praktik olaraq istənilən dövlətlə ticarət kəsiri mövcuddur.

Çinin aşkar gücü – onun ən böyüyü zəifliyidir. Sənaye dövləti olaraq, Çin neftin və qazın xarici ehtiyatlarından yüksək dərəcədə asılı vəziyyətdədir. Əgər bu mühərrikə yanacaq doldurulması dayandırılsa, o faydasız olacaq.

2017-ci ildə Çinə xam neftin 10 ən böyük təchizatçısı

 

  1. Rusiya: 37.9 milyard USD (Çinə idxal edilən neftin ümumi həcmindən 15.8%)
  2. Səudiyyə Ərəbistanı: $29.7 milyard (12.4%)
  3. Anqola: $24.9 milyard (10.4%)
  4. İraq: $22.4 milyard (9.4%)
  5. Oman: $17.3 milyard (7.2%)
  6. Braziliya: $16.2 milyard (6.8%)
  7. İran: $15 milyard (6.3%)
  8. Küveyt: $11.9 milyard (5%)
  9. Venesuela: $7 milyard (2.9%)
  10. ABŞ: $6.8 milyard (2.8%)

2018-ci ildə beş aparıcı təchizatçı (Rusiya, Səudiyyə Ərəbistanı, Anqola, İraq və Oman) tərəfindən  Çinə xam neft idxalının həcmi Çinin ümumi xam neft idxalının yarısından çox (55.2%) olub. Həmin il Çinə idxal edilən bütün xam neftin daha 9.2%-i İran və Venesuela tərəfindən  nəql edilib. Venesuelada dövlət çevrilişi və İrana qarşı təkrar sanksiyalar tətbiq olunması Çini bu mənbələrdən məhrum etdi. Bu, alternativlərin axtarışının zəruri olması deməkdir. Səudiyyə Ərəbistanı, Anqola, İraq və Oman Çin üçün neftin şaxələndirilmiş mənbəyi hesab edilə bilməz, çünki bu ölkələr, ABŞ-ın müttəfiqi olaraq, Çinə ixracı azalda və bununla onun iqtisadiyyatını zəiflədə bilərlər.

Hazırda, Birləşmiş Ştatlar dünya üzrə xam neft təchizatının demək olar ki, 50 faizinə nəzarət edir və bu rəqəmi 75%-ə çatdırmaq niyyətindədir. Bir fakt da əsla təsadüfi deyil ki, ABŞ Çin ilə ticarət danışıqları apardığı bir vaxtda ABŞ Venesuelada rejimi dəyişməyə çalışır. Səbəb aşkardır: Hazırda Rusiyaya və Çinə tərəf meyl edən Venesuela dünyada neftin kəşf edilmiş ən böyük ehtiyatlarına malikdir. Venesuelada rejimin dəyişməsi uğurlu olacağı halda, ABŞ dünya üzrə neft ehtiyatlarının daha 18 faizinə nəzarət əldə edəcək, buna görə də ABŞ-ın xam neft üzərində ümumi nəzarəti artaraq 65%-ə çatacaq. İranla birlikdə bu rəqəm heyrətamiz həddə - 75%-ə qədər artar və ABŞ-ın neft dollarının hegemonluğu qarşıdakı uzun illər üçün irəlicədən təmin oluna bilərdi. Bu gün dünya üzrə kəşf edilmiş neft ehtiyatlarının demək olar ki, 30%-inə nəzarət edən İran və Venesuela daim Vaşinqtonun diqqət mərkəzindədir. Əgər ABŞ bu hədəfə nail olsa, demək olar ki, qeyri-məhdud hakimiyyəti əldə edəcək, və artıq heç kim yaxın gələcəkdə bu hegemonluğa etiraz edə bilməyəcək.

Beləliklə, ABŞ-ın son məqsədi – yalnız Çini deyil, bütün dünyanı özündən asılı vəziyyətdə saxlamaq üçün xam neftin qlobal təchizatı üzərində birbaşa və ya öz müttəfiqləri vasitəsilə ümumi nəzarət əldə etməkdir. Aşkar görünür ki, Venesuelada dövlət çevrilişi də, İrana qarşı təkrar sanksiyalar tətbiq edilməsi də Çinə təzyiq göstərilməsinə yönəldilmiş hadisələrin yaxşıca əlaqələndirilmiş zənciridir. ABŞ Çinin gələcəyini addımbaaddım özünün istədiyi kimi qurmağa çalışır. Digər tərəfdən, dünya gözümüzün qarşısında dəyişir və cari dünya nizamına qarşı çıxmağa hazır olan yeni böyük iqtisadi dövlətlər formalaşır. Beləliklə, XXI əsrin üçüncü onilliyi, çox ehtimal ki, indiyə qədər görünməmiş dəyişikliklər dövrü olacaq və bu dəyişikliklər, hökmən, birqütblü dünyanın çoxqütblü dünyaya transformasiyasına gətirib çıxaracaq.

www.rmcapitalanalytics.com

Məqalə müəllifin nəzər-nöqtəsini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Rəşad Hacıyev 

Maliyyə və investisiya üzrə ekspert

 

Paylaş:
1006

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər