Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib

15:45 - 26 / 04 / 2024
Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Qazaxıstana Respublikasına səfər edib.

1news.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Almatı şəhərində keçirilən “Rəqabət siyasəti və hüquq sahəsində mövcud tendensiyalar” mövzusunda Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib.

Qazaxıstanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin (AZRK) təşkilatçılığı ilə baş tutan forumda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) Rəqabət və istehlakçı siyasəti istiqamətinin rəhbəri Tereza Moreyra, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Rəqabət Komitəsinin sədri Frederik Cenni, AZRK-nın rəhbəri Marat Omarov, eləcə də digər ölkələrin rəqabət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak ediblər.

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev müasir dövrdə antiinhisar orqanlarının rolunun gücləndirilməsinə həsr olunan panel müzakirəsinə qatılıb. "Dövlət və Biznes: problemlərin həlli yolları və rəqabət neytrallığının artırılması" adlı təqdimatla çıxış edən Xidmət rəisinin müavini iştirakçılara ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, həmçinin bu sahədə qanunvericilikdə aparılan islahatlar barədə geniş məlumat verib.

İki gün davam edən forum çərçivəsində iştirakçı ölkələrdə təsərrüfat subyektlərinin təmərküzləşməsində qlobal tendensiyalar, antiinhisar fəaliyyəti sahəsində işlərə baxılmasında məhkəmə təcrübəsi, rəqəmsal bazarlarda rəqabət siyasətinin aparılması, eləcə də əczaçılıq bazarı üçün rəqabətin əhəmiyyəti məsələləri haqqında təqdimatlar edilib, müzakirələr aparılıb.

Paylaş:
99

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər