Səməd Seyidov: Avropa Şurası dağılmasına səbəb olan yolu tutdu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Avropa Şurası dağılmasına səbəb olan yolu tutdu – FOTO – VİDEO

21:14 - 07 / 02 / 2020
Səməd Seyidov: Avropa Şurası dağılmasına səbəb olan yolu tutdu – FOTO – VİDEO

Ən qədim və böyük təşkilatlardan biri olan – Avropa Şurasının nüfuzu getdikcə azalır.

Dünya liderləri də Avropa Şurasındakı problemlərdən daha çox bəhs edirlər. Bu da qurumun tam dağılması təhlükəsi barədə siqnal rolunu oynamalıdır.

Yaxın günlərdə fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdəsindən danışıb:

“Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.

Avropa Şurasında nə baş verir? Onun fəaliyyətindəki böhran nə ilə əlaqədardır? Bütün bunlar haqda təşkilatın necə deyərlər, “içində” olan, orada baş verən prosesləri, bugünkü problemin ilkin səbəblərini yaxından bilən Milli Məclisin Beynəlxalq münasibətlər Komitəsinin sədri Səməd Seyidovla danışdıq:

- İlk növbədə, deyə bilərəm ki, cənab Prezidentin bəyanatı dəqiq şəkildə bu gün bu təşkilatda –Avropa məkanında baş verən hadisələrin qiymətləndirilməsi baxımından əsas kimi hesab edilə bilər.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında nümayəndəliyimiz “qəribə” hadisələrin şahidi oldu. Təsəvvür edin ki, sessiya səlahiyyətlərin ləğvi ilə başladı. Necə düşünürsünüz neçə ölkənin? – səkkiz! 47 ölkədən 8-inin səlahiyyətləri təsdiq olunmadı. Müxtəlif səbəblərə görə...

Reallıqları əks etdirməyərək, dəyərlərindən - demokratiya, insan haqları, qanunun aliliyi - müvafiq tətbiqi baxımından istifadə edə bilməyərək, təşkilat bununla həm bu dəyərləri, həm də qurumu məhv edir.

Onların Azərbaycana qarşı qəbul etdikləri sənəd və Türkiyəni müəyyən öhdəlikləri yerinə yetirməyən bir ölkə olaraq gündəmə süni şəkildə gətirmək istədikləri cəhdləri bunun bariz nümunəsidir. Hərçənd ki, nə Azərbaycan, nə də Türkiyə ilə bağlı heç bir səbəb yox idi. Rusiyaya gəldikdə isə, ümumiyyətlə ağlasığmaz bir şey baş verirdi.

Bu təşkilatda baş verənlərdən çox danışmaq olar. Ən başlıcası təşkilatın ölkələrdən özünü xaric etməsidir. Yəni ölkələr özlərini təşkilatdan xaric etmir, təşkilat özü özünü ölkələrdən xaric edir.

Təsəvvür edin: Ermənistanda və ya başqa ölkələrdə siyasi məhbusların, siyasi cinayətlərin, döyülmə, pozuntuların sayı çox olduğu halda, onlar Türkiyə, Azərbaycan, Polşa, Rusiya və ya Macarıstanda günahkar axtarırlar. Biz məsələ qaldıranda isə, deyirlər: “Xeyr, siz demokratiyanın nə olduğunu bilmirsiniz”.

Əgər bu gün Fransa küçələrində gördüklərimiz – küçəyə toplaşanları polis dəyənəyi ilə dağıdılmasını demokratiyadırsa, bu cür demokratiya bizə lazım deyil.

Ona görə də cənab Prezidentin qarşıya qoyduğu məsələ tam yerindədir. Bu məsələ AŞ tərkibində güclü, müstəqil dövlətlər kimi, bu beynəlxalq təşkilata üzv olmasından asılı olmayaraq, özləri üçün ayağa qalxmağı və öz milli maraqları baxımından öz mövqelərini göstərməyi bacardıqlarını bildirən Türkiyəyə hücum nöqteyi-nəzərindən və Azərbaycan üçün tamamilə doğrudur. 

Ən başlıcası: məsələnin bu cür qoyuluşu Avropa Şurasına, həmçinin onun Parlament Assambleyasının gələcəkdə necə inkişaf etdirmək barədə düşünməyin zamanı gəldiyindən xəbər verir. Onlar guya ki, düşünməyə başlayıblar: bu sessiyada müzakirə edilən və hələ də qəbul olunmayan yeni bir prosedur hazırladılar və bu, Avropa Şurası daxilindəki strukturların (Nazirlər Kabineti, Parlament Assambleyası) razılığa gəlməsinə səbəb olacağını və bununla da təşkilatın inkişafına imkan verəcək.

Lakin  problem burasındadır ki, yeni prosedur təəssüf ki, köhnənin “xəstəliyini” daşıyır. Yəni bunlar – sanksiyaların tətbiqi xəstəliyi, cəza xəstəliyi, işbirliyi, əməkdaşlıq, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma xəstəliyidir.

Buna görə də hesab edirəm ki, cənab Prezidentin bəyanatı sərt, lakin çox düzgün, vaxtında, lazımlı və hətta deyərdim, Avropa Şurası üçün düşündürücü cavab oldu.

Bu gün hamımız bərabərik. Biz təəssüf ki, bunu icad edənlər tərəfindən tapdalanan – beynəlxalq hüququn acizliyi qarşısında hamımız bərabərik.

1949-cu ildə birləşmək üçün yaradılan təşkilat bu gün parçalama, tamamilə özəl məqsədlərə, bəzi lobbi qruplarının ikili standartlarına və maraqlarına cavab vermək məqsədlərinə xidmət edir və beləliklə Avropanın siyasi xəritəsindən kənarlaşır.

- AŞPA-nın son sessiyasında problemi  dərindən təhlil edən yaddaqalan çıxışınızla bu mövzu ilə bağlı çox emossional çıxış etdiniz....

- Bilirsiniz, mən çox az halda emossional çıxış edirəm. Lakin Azərbaycanı Ermənistanın nümayəndələrinin (məruzə üzrəsi ) kənardan necə ittiham etmək olar?! Cənab Prezident də bunu çox dəqiq göstərdi – Ermənistanın keçmiş prezidenti, Konstitusiya Məhkəməsinin sədri yalnız Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyi üçün az qala cinayət işi qaldırıldı. Mən jurnalistlərdən, həbsxanada öldürüləndlərdən, “yatanlardan” demirəm... 

Bəli, təşkilatın potensialı faydalı ola bilərdi. Və cənab Prezident də bunu vurğuladı – Mövlud Çavuşoğlu AŞPA-ya sədrlik edəndə biz məhsuldar çalışırdıq. Yəni, prinsipcə, təşkilat dəyərlərinin qiymətləndirilməsinə düzgün yanaşsa, bütün Avropa dövlətlərini birləşdirmək baxımından, daha yetkin, daha inkişaf etmiş bir demokratiya qurmağa səy göstərə bilər. Lakin təşkilat başqa yol ilə getdi. O bu gün hətta böhrana belə getməyə aparan dar, millətçi, populist yolundadır.

Buna görə də bu təşkilatla münasibətlərimizi düzgün qiymətləndirməliyik. Bəli, biz həmişə nümayiş etdirdiyimiz kimi, konstuktiv əməkdaşlığa hazırıq.

Türkiyə AŞ-nın təsisçilərindən biridir. Əvvəlcə onu monitorinqdən uzaqlaşdırılır, sonra yenidən daxil edilir, daha sonra isə təhqiramiz fəaliyyətə cəlb edilir.. Hər sessiyada Türkiyəni nə cürsə müzakirələr obyektinə çevirməyə çalışırlar. Sanki onların başqa problemi yoxdur.

Beləliklə, təşkilat təəssüflər olsun ki, sadəcə böhran deyil, hesab edirəm ki, çox ağır zamanlar keçirir.

- Burada sanki “sevimli olanlar” və “sevimli olmayanlar” təəssüratı yaranır.

- Tamamilə doğru təəssüratdır. Bu cür hal qeyri-obyektivlik, qeyri-peşəkarlıq, ən başlıcası öz öhdəliklərinin yerinə yetirilməsinə subyektiv yanaşma zamanı baş qaldırır.  Müasir dövrün tələbləriə cavab verən peşəkar subyektiv yanaşmır.

Bu, Avropa Şurası üçün yaxşı nümunədir – təəssüflər olsun ki, müasir trendləri əldən verib, hec cür geri qaytara bilmirlər. Nə qədər ki, köhnə metodalarla yeni vəziyyəti idarə etməyə çalışdıqca, öz vəziyyətlərini daha çox kəskinləşdirirlər.

- Konkret olaraq Azərbaycandan danışdıqda, zənnimizcə, təşkilat nələrə risk edir?

- deyək ki, Azərbaycan təşkilatdan çıxmaq qərarına gəldi. Yəni Azərbaycan təşkilatın tərkibindən deyil, təkilat “özündən çıxarsa”. Çünki tarix göstərir ki, öz əhəmiyyətini itirən təşkilatlar aktuallığını itirəndə, sadəcə maraqsız olur və siyasi arenadan silinib gedirlər.

Xəbər lentlərinə nəzər salsanız, görərsiniz ki, Avropa və dünya gündəmində Avropa Şurası yoxdur. Avropa İttifaqı var, lakin Avropa Şurası yoxdur. Əgər 10-15 il öncəyə nəzər salsanız görərsəniz ki, Avropa Şurası fəal çalışırdı. İndi isə? Özünə hörmət edən hansısa təşkilatın, nəşrin Avropa Şurasından danışdığını eşitmisiniz? Bu, dövlətin günahı deyil. Bu, marağını itirən təşkilatın günahıdır.

- Özünü ləğv...

- Məhz. Təşkilat özü özünü ləğv edir. Bunun bariz nümunəsni sonuncu sessiyadır. Burada 8 üzvün qəbul edilməməsi, yenicə qayıtmış Rusiyaya hücum, yenidən Türkiyəni təhqir etmək və cənab Prezidentin vurğuladığı kimi, lazımsız sənədin qəbulu. Bütün bunları Avropa Şurasının  daxildəki çətin vəziyyəti daha da kəskinləşdirir.

- Təşkiların siyasi arenadan yoxa çıxmamaq kimi şansı var?

- Hesab edirəm ki, bu kritik məqam ya keçib, ya da ən son həddədir. Bunun sadə həlli var: bu günə qədər davam etdirilən siyasətin kökündə bəzi üzv dövlətlərə münasibətdə bu təşkilatın əsasını qoyan dəyərlərlə deyil, müəyyən dairələrin subyektiv, təhrikedici və siyasi yönümlü hərəkətləri ilə bu dövlətlərin təsir aləti kimi istifadə edildiyini cəsarətlə etiraf etməli.

Bunu etiraf etməyə cəsarət taparsa və uçuruam aparan təhlükə xəttindən uzaqlaşrasa, bu zaman təşkilatın siyasi spkektrdə qalması barədə nəsə demək olar. 

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1287

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər