Metbexler.az 2 yaşı münasibətilə xüsusi kampaniyaya start verir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metbexler.az 2 yaşı münasibətilə xüsusi kampaniyaya start verir – FOTO

S.Xankişiyeva10:30 - 18 / 09 / 2019
Metbexler.az 2 yaşı münasibətilə xüsusi kampaniyaya start verir – FOTO

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq çox dadlı və hər birimizə lazımlı olan online layihə Metbexler.az xüsusi kampaniyaya start verir. Kampaniya bir ay davam edəcək və oktyabrın 16-da başa çatacaq.

Kampaniyanın şərtləri olduqca sadədir və bu, ali məktəblərdə təhsil alan və işləyən hər bir kəsin ürəyincə olacaq. Belə ki, Metbexler.az vasitəsilə yemək sifariş etdikdə, istənilən universitetə çatdırılma pulsuz olacaq. Bu da hər bir sifarişçinin büdcəsinə müəyyən dərəcədə qənaət edəcək.

Əgər hələ də Metbexler.az-la tanış deyilsinizsə, o zaman ikinci yaşını qeyd edən yemək çatdırılma xidməti haqqında daha ətraflı danışacağıq. Layihə qısa zamanda özünü ən yaxşı tərəfdən göstərib. FacebookInstagram sosial şəbəkələrində yazılan çoxsaylı müsbət şərhlərin və rəylərin olması bunun bariz nümunəsidir.

Yüksək etimad və əla xidmət səviyyəsi – sifarişçilərin bu cür şərhi yüşkək qiymətin göstəricisidir. Birinci və əsas məsələ isə layihədə öz işinə məsuliyyətlə yanaşan, hər bir sifarişçisiyə və sifarişə fərdi və canla-başla yanaşan peşəkar komandanın olmasıdır.

Dadlı yemək yeməyi sevirsinizsə, lakin sevimli xörəklərin hazırlanması üçün vaxtınız yoxdursa və ya sadəcə olaraq soba ətrafında dayanmağı sevmirsinizsə, bu zaman sizin köməyinizə təcili olaraq menyusunda müxtəlif mətbəxlərin çoxlu milli yeməkləri olan Metbexler.az gələcək.

Xüsusi olaraq qeyd edək ki, bu xidmət Bakının ən yaxşı, ən dadlı və özünəməxsus ləzzətləri olan 70 restoranı ilə əməkdaşlıq edir. Burada Azərbaycan, türk, italyan, yapon, çin, eləcə də dünyanın bir çox xalqlarının milli mətbəxlərindən olan ləziz təamlar təqdim olunub. Bu xörəklər istənilən ərkəsöyün, şıltaq və nəfis qurmanların ürəyincə olacaq.

Bəs sifarişi necə etmək olacaq? Bu, olduqca sadə və çox vaxt almayan prosesdir. İlk növbədə, bu linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdı.

Qeydiyyatdan uğurla keçdikdən sonra mobil telefonunuza təsdiq kodunu alacaqsınız. Daha sonra sadəcə üç addım atmaqla asanlıqla sifariş edə bilərsiniz:

- Saytda sifarişinizi çatdıracaq restoranı tapırsınız

- Rəngarəng menyudan istədiyiniz yeməyi seçirsiniz

- Qısa zamanda ünvanınıza çatdırılacaq dadlı yeməklərdən həzz alırsınız, vəssəlam!

Ac olduqda, zamanınızı və əsəbinizi yemək sifariş etmək üçün lazımsız zənglərə sərf etməkdənsə, bundan asan nə ola bilər?! Sadəcə istədiyiniz yeməyi seçmək lazımdır, bundan sonrasını isə sizin əvəzinə hər şeyi Metbexler.az edəcək.

Qeyd edək ki, Metbexler.az-ın App Store Play Market vasitəsilə yükləyə biləcəyiniz mobil tətbiqi də var. Bunu aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz. Mobil tətbiq də sayt kimi asan və alçatandır.

Ödənişə gəldikdə də, burada hər şey asandır, sadəcə iki vasitə ilə ödəniş etmək mümkündür:

  • Golden Pay vasitəsilə online ödəniş
  • Sifariş çatdırıldıqda nağd ödəniş

Metbexler.az sifarişlərin çatdırılmasını iki üsulla etməsi xidməti həm asan, həm də çoxları üçün əlçatan edir. Razılaşın ki, hər kəs sifarişi online edə bilmir. Bir çoxları nağd ödənişə üstünlük verir.

Düşünməyin ki, şəhərdən kənarda, Sumqayıtda və ya bağda dincəlirsinizsə istədiyiniz pizza, steyk və ya suşi sifariş etmək istəsəniz Metbexler.az bunu gətirə bilməz. 100% əmin olun ki, sifarişiniz çatdırılacaq. Çünki çatırılmanın miqyası paytaxtın müxtəlif rayon və küçələri ilə məhdudlaşmır. Əlbəttə ki, Bakımızın bütün ərazilərini əhatə edir.

Acmısınızsa, o zaman elə indicə sifariş edin – https://www.metbexler.az/ – bunun üçün sizə sadəcə bir neçə klik etmək lazım olacaq. Nuş olsun!

Metbexler.az haqqında daha ətraflı məlumatı FacebookInstagram sosial şəbəkəsi, eləcə də günün bütün saatları və həftənin bütün günlərində çalışan (012) 499 72 43 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1115

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər