“Maleone” multibrend butiki təqdim edir: Made in Azerbaijan – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Maleone” multibrend butiki təqdim edir: Made in Azerbaijan – FOTO – VİDEO

10:00 - 15 / 10 / 2019
“Maleone” multibrend butiki təqdim edir: Made in Azerbaijan – FOTO – VİDEO

Biz, oxucuları “Maleone Concept Store” multibrend butiki ilə tanış etməyə davam edirik və bu gün burada təqdim olunan yerli brendlər haqqında ətraflı məlumat verəcəyik. 

Axı, butikin təsisçiləri olan Xədicə Camal və Nuray Camal bacılarının məqsədlərindən biri də “Made in Azerbaijan” devizi altında birləşmiş brendlərin populyarlaşdırılmasıdır. Bu çox təqdiralayiq və mühüm məqsəddir, beləki, yerli dizaynerlər arasında ölkə hüdudlarından kənarda tanınanları da kifayət qədərdir. Onların kolleksiyaları dünya miqyaslı dizaynerlərin kolleksiyalarından heç də geridə qalmır, bəzi hallarda isə hətta onları üstələyir. Biz də, Camal bacıları kimi, əminik: zaman gələcək ki, bu adlar hazırkı top brendlər qədər populyar olacaq.

İlk növbədə, bu, əlbəttə də ki, Camal bacılarının yaratdığı brend olan “Maleone”-dir.  Brendin adı – peşəkar müəllif komandasının əməyidir ki, zərifliyin, incəliyin, sirr və gözlənilməzliyin təzahürü olan incə çiçək Maqnoliyadan ilhamlanmışdır.  Təsadüfi deyil ki, maqnoliya hər zaman şair, musiqiçi, rəssam və parfümerləri ilhamlandırmışdır.  Xədicə və Nuray Camalın kolleksiyası iki “budaqdan” ibarətdir: birincisi – Xədicə Camalın möhtəşəm printli əl işləri və ikincisi – Nuray Camalın, oxşar rəng qammasına baxmayaraq,  tam fərqli tərzi. Bütövlükdə bir yerdə isə hər iki budaq “Maleone” harmonik eksklüziv geyim kolleksiyasını təşkil edir. Butikdə təqdim olunmuş Azərbaycan dizaynerlərinin digər brendləri Fakhriya Khalafova,  Zumrud Mirzalieva və HOKUMA by Hokuma-dır.

HOKUMA by Hokuma

Hökumə Hacıyevanın bu demokratik hazır geyim brendi hələ 2014-cü ildə yaranmışdır. Dizayner çoxfunksionallı geyimlərə üstünlük verir və hər bir dəbli xanım onları müxtəlif aksessuarla asanlıqla uzlaşdıra bilər. Hələ 5 il öncə H.Hacıyeva Avropa xəttindən istifadə edərək hazır geyim kolleksiyası hazırlamağa cürət etmişdir ki, bu da Azərbaycan üçün bir yenilik idi. Ona qədər Bakı dizaynerləri seriyalı geyim buraxmamışdır.

Hökumə Hacıyevanın kolleksiyası Avropa motivləri və boho chic London üslubu ilə fərqlənir. Dizaynerin özünün etirafına görə, üslub dəbdən kənara çıxan geniş bir məfhumdur. H.Hacıyeva hesab edir ki, dəb – insanın əşyalara olan öz münasibətidir; ən əsası isə - üslub hissinə sahib olmaqdır. Kolleksiya yaradarkən, H.Hacıyeva 25-35 yaş arası müstəqil, özünə güvənən və həyatda özünü reallaşdırmış qadınlara istiqamətlənir.

Zümrüd Mirzəliyeva 

Zümrüd Mirzəliyevanı tanıdan onun Bakıda keçirilən moda həftələrindəki rəngarəng təqdimatlarıdır: onun milli naxışlı zərif kolleksiyaları dərhal məhəbbət qazanmışdır. Bu gənc istedadlı qadın, self-made-in bariz təcəssümüdür: o, öz brendini yaratmaq yolunda heç də sadə olmayan bir yol keçmişdir.

Bu gün onun kolleksiyaları tanınır və möhtəşəm və mükəmməl üslubu ilə fərqlənir. Onun sözlərinə görə, Azərbaycan modası, Avropa modasından fərqli olaraq daha lokaldır, buna görə dizaynerlərimizin dünya bazarına çıxması, ən əsası isə, onu təəccübləndirməsi daha çətindir. Lakin, eyni zamanda bir üstünlüyümüz var, çünki etnik mənsubiyyətimizi bütün mümkün dizayn variantlarında göstərə bilərik. Yeri gəlmişkən, Zümrüd Mirzəliyeva özünə məxsus brendin paltarını geyinir.

Fakhriya Khalafova

Azərbaycanın Əməkdar incəsənət xadimi, məşhur dizayner Fəxriyyə Xələfovanın kolleksiyalarından möhtəşəm geyimlər bu gün hətta Ermitajı bəzəyir. Bakıda isə siz onları “Maleone” multibrend butikində görə və hətta əldə edə bilərsiniz.

Azərbaycan modası "F.Kh" inisialları ilə başlayır. Demək olar, 20 ildir ki, milli fashion-sənayesini istiqamətləndirir, trend göstərir. Eyni zamanda, Fəxriyyə xanım yalnız öz biznesini yaratmadı; onun kolleksiyaları dünya dəb şoularında iştirak edir ki, buna görə Fəxriyyə Xələfova Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Fakhriya Khalafova geyimləri bir çox Azərbaycan ulduzlarının qarderobuna daxildir, onun son “sifarişçilərindən” biri isə süni intellektə malik ilk qadın-robot Sofiyadır. Onun üçün Fəxriyyə Xələfova  kəlağayı ilə tamamladığı Azərbaycan milli geyimini yaratmışdır.

Fəxriyyə Xələfovanın kolleksiyaları zəriflik, dəbdəbəlik və mütləq milli motivlərin olması ilə fərqlənir. Brendin fərqli xüsusiyyəti - şərq koloriti ilə Avropa zənginliyinin harmonik uzlaşmasıdır.

Qeyd edək ki, “Maleone” multibrend butikdə İtaliya, Fransa, BƏƏ, Tayvan, Rusiya, Serbiya, Almaniya, Böyük Britaniya, ABŞ və Livan dizaynerlərinin markaları da təmsil olunmuşdur. Bunların arasında həm Bakı alıcısına artıq tanış olan və onun üçün tam yeni markalar da vardır.  Bunlar: Karl Lagerfeld, Zayan the Label, Masterpeace, A LA RUSSE, RUBAN, Alena Akhmadullina, Zoë Jordan,  Alexis , Fausto Puglisi, Vatanika, Georges Hobeika,  VIVETTA, Valdrin Sahiti, VEGUL. Butikin sahibələri Xədicə Camal və Nuray Camal bacılarının sözlərinə görə isə, gələcəkdə markaların sayı daha da artacaq.

Maleone Concept Store

Mağazanın ünvanı: Kövkəb Səfərəliyeva küç., 12

Tel: (012) 511 81 88; (050) 511 81 88;

Sosial şəbəkələr:

https://www.instagram.com/maleone_azerbaijan/

https://www.facebook.com/maleoneazerbaijan/

---

© Advance.Azerbaijan – Marketinq Agentliyi

Paylaş:
1681

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər