Azərbaycan Prezidenti “Veridos GmbH” şirkətinin baş icraçı katibi ilə görüşüb  – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti “Veridos GmbH” şirkətinin baş icraçı katibi ilə görüşüb  – FOTO – YENİLƏNİB

15:26 - 14 / 02 / 2020
Azərbaycan Prezidenti “Veridos GmbH” şirkətinin baş icraçı katibi ilə görüşüb  – FOTO – YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Prezident İlham Əliyev: - Sabahınız xeyir.

Mixael Harms: Cənab Prezident, Sizinlə burada - Münxen Təhlükəsizlik Konfransında görüşmək bizim üçün böyük şərəfdir. Mən son beş-altı ildə konfransda iştirak etmişəm və hər dəfə Sizin çıxışlarınız, baxışlarınız mənə çox müsbət təsir bağışlayıb.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Mixael Harms: Yəni, ikitərəfli münasibətlərlə yanaşı, region və beynəlxalq düzənlə bağlı baxışlarınızı nəzərdə tuturam. Bizim assosiasiyanın nümayəndələri ilə görüşməyinizi çox yüksək qiymətləndiririk. Cənab Reşmayer bizim assosiasiyada Cənubi Qafqaz üzrə sözçüdür, mən baş icraçı direktoram.

Prezident İlham Əliyev: Xoş sözlərinizə görə çox sağ olun. Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münxenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır.

Mixael Harms: Biz bilirik ki, Siz iqtisadiyyatın şaxələndirilməsi strategiyasını təqdim etmisiniz. Mən Azərbaycanın gücünü nəzərdə tuturam və biz bunu ikitərəfli ticarətdə, əsasən də neft və qaz sahəsində müşahidə edirik. Bu, çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu, Sizin ölkənizin rəqabətliliyini təmin edən üstünlükdür, eləcə də infrastruktur sahəsində gördüyünüz işlər. Məsələn, mən Bakı limanına baş çəkdim, bu, çox dərin təəssürat yaradan layihədir. Bir neçə həftə əvvəl “Yaşıl həftə” sərgisində sizin Kənd Təsərrüfatı nazirinizlə görüş keçirdik. Bu da böyük maraq kəsb edir. Rəqəmsallaşma “Giesecke+Devrient” şirkətinin fəaliyyətinin əsas sahəsidir. Siz də “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmusunuz və İpək Yolunun qovşağındasınız.

Prezident İlham Əliyev: Bəli, doğrudur.

x x x

Görüşdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verildi. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın 2020-2024-cü illəri əhatə edən regionların inkişafı planından, ölkəmizdə sənayenin inkişafı istiqamətində görülən işlərdən bəhs edildi, bu prosesdə alman şirkətlərinin daha da fəal iştirak etməsinin əhəmiyyəti vurğulandı.

Həmçinin ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olundu, Azərbaycanın öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirildi.

Görüşdə Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olundu.

11:41

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

S.Xankişiyeva

Paylaş:
1223

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər