AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçir – FOTO

15:50 - 25 / 02 / 2020
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçir – FOTO

“Amadeus” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,  AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə Azərbaycanın Milli aviadaşıyıcısı tərəfindən yeni “Amadeus Altéa Passenger Services Systems” (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilmişdir. Bu qərar AZAL aviaşirkətinə sərnişin xidmətlərini fərdiləşdirməyə kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Altéa”nın üstünlüklərini həmçinin aviaşirkətin agentləri tərəfindən hiss ediləcək. İndividual sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bronlaşdırmanın idarə olunmasının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.

"Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı – “Amadeus” ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni “Altea PSS” sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək", - Cahangir Əsgərov qeyd etmişdir.

Cahangir Əsgərovun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaşdırılması zamanı bir sıra çətinliklərlə üzləşmişdirlər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapmışdır.

“Amadeus Altea PSS həllərini tətbiq etmək ilə AZAL müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcəkdir. “Altéa”nın arasıkəsilməz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək", - Maher Kubaa qeyd etmişdir.

Qeyd edək ki, “Amadeus” həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay “Amadeus”un ən yeni həllərini tətbiq edərək dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur.

 “Azərbaycan Hava Yolları” (AZAL) iri aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə “Azərbaycan Hava Yolları” və onun struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 600 mindən çox sərnişin daşımışdır.

S.Xankişiyeva

 

 

Paylaş:
920

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər