ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdi

10:02 - 27 / 04 / 2024
ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdi

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizin ilk bank missiyasının ABŞ-yə işgüzar səfəri başa çatır.

Missiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.

Səfər zamanı ABŞ Dövlət Departamentində, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasında, eləcə də ABŞ-nin aidiyyəti dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara diqqət yönəlib. Yaşıl enerji, kənd təsərrüfatı və aviasiya sahələrində mövcud imkanlar və iri layihələrin birgə maliyyələşməsi imkanları, müxbir əlaqələr, risklərin idarə edilməsi, komplayns, süni intellektin bank əməliyyatlarında tətbiqi və s. mövzularda müzakirələr aparılıb. ABŞ-nin maliyyə institutları ilə Azərbaycan bankları, o cümlədən sektorun aparıcı bankı kimi ABB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları dəyərləndirilib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “Exim Bank”da, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasında keçirilən görüşlərdə müvafiq mövzularda təqdimatlarla çıxış edib. Missiya iştirakçıları Honeyvell Texnologiya və Təcrübə Mərkəzinə də baş çəkiblər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
125

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 09:34Bakı şəhəri Nizami rayonunda növbəti park abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiBu gün, 09:32Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:23AMB 8 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:20Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşübBu gün, 09:09Masallıda narkotik vasitə satan şəxslər saxlanılıblar - FOTOBu gün, 09:07Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaqBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:02QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12
Bütün xəbərlər