QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub

Qafar Ağayev17:50 - 07 / 05 / 2024
QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub

Mayın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun video-konfrans formatında keçirilmiş 2-ci iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə baş tutub.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun sədrliyi ilə keçirilən iclasda region ölkələrində turizmin dayanıqlı inkişafı, ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə planlaşdırıaln tədbirlər, təşkilat üzvləri arasında əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlər, eləcə də cari ilin 22-23 aprel tarixlərində Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü haqqında müzakirələr aparılıb.

İclas çərçivəsində üzv dövlətlərdən olan iştirakçı nümayəndələr tərəfindən təmsil etdikləri ölkələrin mövcud turizm potensialı haqqında təqdimatlar edilib və müzakirələrin yekununa dair icmal hesabat qəbul edilib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası ötən ilin oktyabr ayında keçirilib.

Paylaş:
108

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər