Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTO

14:16 - 06 / 05 / 2024
Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 5 may tarixində növbəti dəfə Bakı Marafonu keçirilib.

Qarabağ Dirçəliş Fondu ötən il olduğu kimi bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunan marafonda tərəfdaş qismində iştirak edib.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, eləcə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasının QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq QDF tərəfindən Marafonun fan zonasında “Marafon bağı” adlı xüsusi yaşıl pavilyon yaradılıb.

Xüsusi tərtibatla hazırlanan və ətraf mühitin qorunmasına həsr edilən pavilyon Marafon iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Pavilyonu ziyarət edən tanınmış ictimaiyyət nümayəndələrinə, Vətən müharibəsi qazilərinə, gənclərə, Marafonda iştirak edən xarici qonaqlara və digər şəxslərə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi və sifarişi ilə həyata keçirilən layihələr, xüsusən də Zəngilan şəhərinin girişində 30 min ağacdan ibarət meşə massivinin salınması, Fondun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkı ilə bağlı geniş məlumat verilib, interaktiv monitor vasitəsilə əyani şəkildə nümayiş etdirilib.

Ziyarətçilər erməni işğalçılarının Qarabağda törətdikləri ekoloji sıyqırımı – ekosidlə də tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda pavilyonu ziyarət edən şəxslərə Qarabağın təbiət abidələri ilə bağlı məlumatların yer aldığı broşürlər təqdim edilib.

Qarabağ Dirçəliş Fondu azyaşlı uşaqları da unutmayıb. Belə ki, Fondun pavilyonunu ziyarət edən “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqlarına Fond tərəfindən xüsusi hədiyyələr təqdim olunub. Uşaqlar şəkil çəkiblər, müxtəlif oyunlar oynayıblar.

Marafon iştirakçıları QDF tərəfindən təşkil edilən “Qarabağı tanıyaraq sevək” adlı viktorinaya xüsusilə böyük maraq göstəriblər. Viktorinada iştirak edərək Qarabağla bağlı suallara düzgün cavab verən şəxslər üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə əldə ediblər.

Qeyd olunmalıdır ki, qaçışda Bakı Marafon Klubunun 21 üzvü də QDF adından iştirak edib. Belə ki, Klubun komandası “Qarabağ üçün qalib ol!” şüarı altında mübarizə aparıb.

Xatırladaq ki, mayın 2-də Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb. Görüşün yekununda Bakı Marafonunda Fondun adından iştirak edəcək Klubun üzvlərinə xüsusi dizaynda hazırlanmış qaçış üçün formalar təqdim edilib.

Qarabağ Dirçəliş Fondu ilə Bakı Marafon Klubu arasında əldə olunmuş razılığa əsasən, Qarabağın dirçəlişi ideyasını ölkə daxilində və xaricdə təbliğ etmək məqsədilə bu şüar altında müxtəlif təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş:
158

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər