Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTO

Qafar Ağayev10:15 - 19 / 04 / 2024
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası davam etdirilir.

1news.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu layihələrdən daha birinin - Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.

Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur.

“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Ağdərə-Ağdam avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Paylaş:
100

Son xəbərlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17
Bütün xəbərlər