Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO

Qafar Ağayev11:25 - 02 / 05 / 2024
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTO

“AzərEnerji” ASC ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparır.

1news.az-ın “AzeEnerji”yə istinadən verdiyi məlumata görə, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasında da həyata keçirilmişdi və hazırda 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.

Qaz turbinində, generatorda, transformatorlarda, ötürmə xətlərində, idarəetmə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işlərini “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının və “Enerjiservis” MMC-nin mütəxəssisləri ilə yanaşı istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəssisləri həyata keçirir. Yeni texnologiyaların və əlavə rəqəmsal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələcək. Bununla da əvvəllər hər kilovat-saata görə təqribən 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, üstəlik təbii qaza qənaət edilməklə yanaşı, karbon emisiyasın azalmasına səbəb olacaq.

Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri buraxılan soyutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri aparılır. Sonda onu da qeyd edək ki, ümumilikdə “Şimal” Elektrik Stansiyası ölkədəki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan stansiyadır və bu stansiya 57% faydalı iş əmsalına görə Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

Paylaş:
171

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər