“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTO

Qafar Ağayev10:09 - 19 / 04 / 2024
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTO

Amerika Birləşmiş Ştatlarına səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorkda keçirilən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 23-cü sessiyasında iştirak edib.

1news.az xəbər verir ki, Dövlət Agentliyinin sədri CEPA-nın “16-cı və 17-ci Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün Könüllü Milli Hesabat Ölkələri və Könüllü Yerli Hesabat Şəhərləri arasında perspektivli təcrübələrin mübadiləsi” adlı sessiyada çıxış edib. Çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, eləcə də 16-cı və 17-ci DİM-lərə nail olunması istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Eyni zamanda “ASAN xidmət”in beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, həmçinin “ASAN İnnovativ İnkişaf Mərkəzi” tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Görüş zamanı 2013-cü ildən etibarən Dövlət Agentliyi ilə BMT-nin müvafiq departamenti arasında həyata keçirilən uğurlu əməkdaşlığa toxunulub. Qarşı tərəf “ASAN xidmət”in BMT tərəfindən 2 dəfə yüksək mükafata layiq görüldüyünü diqqətə çatdıraraq, müvafiq modelin digər ölkələrdə də tətbiqinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə tətbiqi istiqamətində Dövlət Agentliyi ilə BMT arasında yeni əməkdaşlıq layihəsinin həyata keçirilməsi barədə razılığa gəlinib.

Bundan əlavə BMT İnkişaf Proqramının Regional Bürosunun direktoru İvana Zivkoviç ilə görüş keçirilib. Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. Qarşı tərəf ötən dövr ərzində Dövlət Agentliyi ilə BMT-nin İnkişaf Proqramı arasında icra edilmiş layihələri xatırladaraq bundan sonra da müvafiq istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun dəvəti əsasında Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimizlə görüşüb.

Paylaş:
92

Son xəbərlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17
Bütün xəbərlər