İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib

Qafar Ağayev17:09 - 08 / 04 / 2024
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir.

Paylaş:
184

Son xəbərlər

Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08
Bütün xəbərlər