Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib” | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”

14:13 - 28 / 03 / 2024
Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”

"Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı əslində hərbi paktdır və bu pakt regionda sabitliyə, sülhə qarşı yönəlib".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat bildirib ki, ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir.

"Görünən budur ki, Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var və məqsəd regionda ikinci cəbhəni açmaqdır. Bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir. Bununla Ermənistan revanşa həvəsləndirilir.

Çünki ABŞ və Avropa Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Halbuki Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi rəsmi Bakı tərəfindən irəli sürülüb və biz münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirmişik".
"Amma 44 günlük müharibədən sonra Qərb 3 il ərzində “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan rəhbərliyinə qarşı təzyiq kampaniyası apardı. Xankəndidəki erməni azlıqlar üzərindən oyunlar quruldu, Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildi, separatizm ən iyrənc formada dəstəkləndi" - deyə deputat əlavə edib:

"Lakin bunların heç biri nəticə vermədi. Azərbaycanın antiterror tədbirləri Qərbin planlarını alt-üst etdi. Bu səbəbdən indi Azərbaycana qarşı açıq şəkildə hərbi planlar qurulur. Kollektiv Qərb Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq planlarını yeniləməkdədir. Bir sözlə, XX əsrin əvvəllərində olduğu kimi, yenə Ermənistandan alət kimi istifadə edilir. Rəsmi Bakının da bəyan etdiyi kimi, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantı regionda sülh quruculuğu səylərinə xələl gətirir".

Paylaş:
202

Son xəbərlər

Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32
Bütün xəbərlər