Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Qafar Ağayev09:47 - 27 / 04 / 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.

Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.

Paylaş:
165

Son xəbərlər

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 15:56Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54
Bütün xəbərlər