Qalib Azərbaycan Gəncliyi | 1news.az | Xəbərlər
Köşə

Qalib Azərbaycan Gəncliyi

15:18 - 02 / 02 / 2024
Qalib Azərbaycan Gəncliyi

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev

Tarixin bütün dövrlərində hər bir xalqın inkişafında gənc nəsil ən əhəmiyyətli amil hesab olunur. Gənclər, ölkənin gələcəyini formalaşdırmağa, yeniliklər gətirməyə və cəmiyyətin ən müasir və təcrübəli üzvləri kimi fəaliyyət göstərməkdədir.

Azərbaycanın vətənpərvər gəncliyi dünyada baş verən yeniliklərə, elmi-texniki tərəqqiyə, mütərəqqi dəyişikliklərə hazırlıqlı, daima öyrəndiklərini tətbiq etməklə, öz intelektual bilik və bacarıqlarını inkişaf etdirməyə meyilli olmaqla yanaşı, diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizi layiqincə təmsil etməklə seçilirlər.

Qalib Azərbaycanın qalib vətəndaşı, qalib gəncliyi bu gün “Gənclər gününü” qeyd edir. Bu əlamətdar tarixi gün hər zaman Azərbaycan xalqının qəlbində əbədi yaşar Ümummilli lider cənab Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin siyasətinin başlıca tərkib hissəsi məhz gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşması, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verməsi, bu yöndə müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirməsi olmuşdur. Ümummilli lider cənab Heydər Əliyev hər zaman çıxışlarında gənclərə inamını, sonsuz məhəbbətini dilə gətirmişdir.

“Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür. 2 Fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Gənclərin II Forumu, həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. Problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm əhəmiyyət kəsb etmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmışdır. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil imkanlarından yararlanmışdır. Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılmışdır. 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaqdır.

Müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərinə, ana dilinə, adət-ənənələrini, hər qarış torpağını sevir və qoruyaraq yaşadır. Bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləmək və dövlətimizin əldə etdiyi nailiyyətlərlə qürur duymaq gənclərimizi daha da ruhlandırmaqdadır. Bu gün ölkəmiz beynəlxalq tədbirlərin, forumların, mötəbər idman yarışlarını keçirir. Azərbaycan xalqı, Azərbaycan gəncləri bütün dünyaya Vətən, dövlət sevgisinin necə bir müqəddəs hiss olduğunu 44 günlük Zəfər savaşında sübuta yetirdi. Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. 44 gün ərzində bütün dünyanın gözü qarşısında Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın həmrəyliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Azad edilən, bütünləşən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində, yenidən çiçəklənməsində gənclərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı, səmərəli fəaliyyətləri bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Prezident cənab İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi olmuşdur. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən cənab Prezident 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqədə əsas məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması hər zaman diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Sosial həyatın bütün sahələrində məhz gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, dövlət başçımızın gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının, onlara dəstək və inamın nəticəsidir.

Biz gənclərin ən böyük himayəçisi və dəstəkçisi məhz Müzəffər Ali Baş Komandan, Zəfər tariximizin banisi, qalib lider cənab İlham Əliyevdir! Biz gənclər dövlət başçımızın, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımın sevgi və qayğısını daima hiss edirik! Bu sevgi və dəstək gəncliyimizi sülhə, xoşbəxtliyə, uğurlu və parlaq gələcəyə ilhamlandırır!

Bütünləşən qalib Azərbaycanın qalib gəncləri, bayramınız mübarək!

Günel Şəmilzadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, araşdırmaçı jurnalist, pedaqoq, yazar

Paylaş:
1375

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər