“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir! | 1news.az | Xəbərlər
Siyasət

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

12:18 - 28 / 04 / 2024
“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

Son dövrlərdə bütün dünya xalqlarının davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eyni zamanda planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.

Xüsusilə, dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər nəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə iqlim dəyişikliyi özünü ciddi şəkildə büruzə verir.

Beynəlxalq platformalarda müxtəlif mövzuların müzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəediciləri kifayət qədər gözəl başa düşürlər ki, doğrudan da bu qəbildən olan məsələlərin həllini daha yaxşı, səmərəli təşkil etmək üçün yeganə mexanizm sağlam dialoqun təşviqidir.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, bu baxımdan belə qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması, bu işin daha da təkmilləşdirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunur. Beləliklə, 1992-ci ildə dünya dövlətləri tərəfindən qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasından irəli gələn işlərdə daha fəal tədbirlərin həyata keçirilməsi üçün dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, ekologiya sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər iqlim dəyişikliyi ilə mübarizə naminə davamlı və qeyri-rəsmi dialoq yaradaraq ilk dəfə aprel 2-4-də Almaniyanın Berlin şəhərində “1-ci Petersberq İqlim Dialoqu” çərçivəsində toplanıblar.

Onun sözlərinə görə, bu il aprel 26-da keçirilən növbəti, “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi.

Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq”.

Məzahir Əfəndiyev qeyd edib ki, ümumiyyətlə yaşıl keçid üzrə icra edilən meqa layihələr çərçivəsində Azərbaycanın 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarına nail olması, doqquz elektrik enerjisi stansiyası, 2030-cu ilə qədər isə əlavə 5000 meqavat gücündə 10 günəş, külək enerjisi stansiyalarının istismara verilməsi ilə bağlı qarşıya qoyulmuş hədəflər, imzalanmış beynəlxalq müqavilələr mövcud alternativ enerji ehtiyatlarımızın, eləcə də malik olduğumuz potensialın bariz göstəricidir.

Eyni zamanda, Almaniyaya səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Olaf Şoltsla ikitərəfli və geniş tərkibdə görüşü, hər iki ölkə liderinin birgə mətbuat konfransı keçirməsi ölkəmizin Almaniya, o cümlədən Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi.

“Fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Paylaş:
261

Son xəbərlər

Bu il övladlığa verilən və ailəsinə qaytarılan uşaqların sayı açıqlanıbBu gün, 12:53MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:47Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandıBu gün, 12:39Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunubBu gün, 12:38MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edirBu gün, 12:28NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 12:23Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb - FOTO - VİDEOBu gün, 12:06Aorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:58Qızıl və gümüş yenidən ucuzlaşıbBu gün, 11:57İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edibBu gün, 11:52STP Şirkətlər Qrupunun əməkdaşları sağlam həyat tərzini təbliğ edir! - FOTOBu gün, 11:48Müdafiə Nazirliyində yeni təyinat olubBu gün, 11:41Azərbaycan hərbçiləri “Anadolu Ankası – 2024” təlimində tapşırıqları icra edib - VİDEOBu gün, 11:37Bu gün dünyaşöhrətli bəstəkar Qara Qarayevin anım günüdürBu gün, 11:19Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişibBu gün, 11:19Sabah Şuşaya növbəti köç olacaqBu gün, 11:03Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTOBu gün, 10:46Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edibBu gün, 10:40FHN: Ötən sutka 34 yanğına çıxış olubBu gün, 10:38Külli miqdarda aksiz markasız siqaret aşkarlanıbBu gün, 10:34
Bütün xəbərlər