Ağdam – dünya şəhərsalma standartlarının mərkəzində | 1news.az | Xəbərlər
Köşə

Ağdam – dünya şəhərsalma standartlarının mərkəzində

16:57 - 20 / 11 / 2023
Ağdam – dünya şəhərsalma standartlarının mərkəzində

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir.

2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində xalqımızın ilk dəfə olaraq torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda viran qoyulmuş Qarabağ İqtisadi Zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.

Təsadüfi deyil ki, keçdiyimiz üç ildə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.

Bu gün – Ağdam şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Birinci Qarabağ Müharibəsi zamanı Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin rayon mərkəzi ilə birgə 90 kəndinin, yəni 73 faizinin işğalı, o cümlədən 6 mindən artıq soydaşımızın şəhid olması, minlərlə insanın yaralanması ilə sonlandı. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi və darmadağın edildi. 128 min insan öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi yaşamağa məcbur qaldı.

2020-ci ildə əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.

İşğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırırdılar.

Bu gün Azərbaycan hökuməti Erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri müharibədən sonrakı dövrdə dünya ictimaiyyətinin də öz gözləri ilə görməsini təmin etmək üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin Qarabağa səfərlərini təşkil edir. Əlbəttə ki, bu səfərlərin digər bir məqsədi Azərbaycan xalqının səbrlə öz torpaqlarının geri əldə olunmasında nümayiş etdirdiyi qəhrəmanlığı göstərməkdir.

Ağdam şəhəri işğaldan azad olunduqdan sonra o əraziyə səfər etmiş ilk yüksək səviyyəli dövlət rəsmisi 2021-ci ilin 08 -10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç və onun rəhbərlik etdiyi nümayəndə heyəti olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış etdi və qısa müddətdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ağdam şəhərinin dünya şəhərsalma standartlarına uyğun olaraq bərpa ediləcəyini bildirdi.

2022-ci ilin 05 oktyabr tarixində Azərbaycan hökuməti və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi - post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu məhz Ağdam şəhərində keçirilmişdi. Həmin Forum sülh və təhlükəsizliyin dayanıqlılığını özündə ehtiva edirdi, eyni zamanda Azərbaycanın regionların sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlığı təşviq etdiyinin bariz nümunəsi oldu.

Sevindirici haldır ki, bu gün artıq Ağdama səfər edən qonaqlar burada Azərbaycan hökuməti tərəfinfən hayata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqdadır.

Prezident İlham Əliyevin Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” sözləri bu gün öz təsdiqini görülən əməli işdə tapır.

Beləliklə, bu gün Ağdam şəhəri öz şərəfli inkişaf dövrünü yaşayır. Bu inkişaf Qarabağ iqtisadi zonası ilə yanaşı olaraq, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına öz faydasını verəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
2645

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər