Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH | 1news.az | Xəbərlər
Reportaj

Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH

Qafar Ağayev13:45 - 21 / 08 / 2023
Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH

Bildiyimiz kimi Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.

Taksi sahəsində dəyişiklər nələrə gətirib çıxaracaq?Bu sahədə qiymətlərin artması gözlənilirmi?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, bugünə kimi fəaliyyət göstərən şirkətlərin tətbiqləri demək olar taksometr funksiyasını daşıyır.

“Şirkətlərin tətbiqləri vasitəsilə kilometrə görə qiymət hesablanır. Eyni şey daha geniş bazar iştirakçılarına tətbiq olunacaq. Yəni, tətbiqsiz sifariş etmək mümkün olmacaq. Bu, sadəcə mövcud vəziyyəti nizama gətirmək üçün bir qərardır. Bazarda son illər, qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanların sayı çoxdur, uçota alınmayanların da sayı çox idi və bunu düzəltmək üçün müəyyən qaydalar qoyulub. Bu qaydalarla məlumatların dövlətə ötürülməsi, həmçinin uçota alınması, vergi ödənişlərinin səhmana salınması, iş və istirahət məsələlərinin yaxşılaşdırılması yönündə qərarlar özünü müsbət yöndə göstərəcək. Həmçinin burada maraqlı bir məqam da var ki, yeni qərara əsasən, həm yük, həm də sərnişin daşıyan hüquqi şəxslərlə 7 illik müqavilə bağlanacaq. Uzunmüddətli müqavilələrin olması investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Buna qədər birillik müqavilələr idi, bu isə dayanıqlı deyildi. Yəni, kredit alıb hansısa investisiyaya yatırmaq riskli görünürdü. Amma indi uzunmüddətli müqavilələrlə bu məsələ də öz həllini tapmış oldu”.

Rauf Ağamirzəyev

Eskpert bildirilib ki,taksi qiymətlərinin minimum həddi bəlli olub.

“Ola bilər ki, müəyyən qism insanlar prioritetin dəyişsin, ictimai nəqliyyata yönəlsin. Burada diqqət ayrılası məqamlar var ki, ictimai nəqliyyatın üstünlüyünü təmin etmək lazımdır. İctimai nəqliyyatın sürətli hərəkətini təmin etmək üçün sərt nəzarət və cəzaların sərtləşdirilməsinə ehtiyac var. Başqa bir məsələ də qısa məsafələrdə alternativlərin, yəni, piyadaların hərəkət etməsi üçün səkilərin abadlaşdırılması, baryerlərin aradan qaldırılması və mövcud yol sahəsi çərçivəsində optimail istifadəsi hədəf qoyularaq, standartlarda bəzi dəyişikliklərə ehtiyac var. Mikromobillik vasitələri üçün velozolaqların şəbəkəsinin də yaradılması bu alternativlərə töhfə verəcək və insanlarımız fərqli hərəkətlə öz mobilliyini təmin edəcək. İnfrastruktur yaradılsın, şəhər sakinləri özləri qərar versin ki, hansı məsafəni necə gedəcək?”

Paylaş:
2633

Sizin üçün xəbərlər

Son xəbərlər

Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblarBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12
Bütün xəbərlər