Mətbuatımız qlobal transformasiyada dayanıqlılığını təmin etməlidir | 1news.az | Xəbərlər
Köşə

Mətbuatımız qlobal transformasiyada dayanıqlılığını təmin etməlidir

15:52 - 21 / 07 / 2023
Mətbuatımız qlobal transformasiyada dayanıqlılığını təmin etməlidir

Müasir, qloballaşan dünyamız Azərbaycanda bir çox sahələrdə olduğu kimi, media sahəsinin də yeniləşməsini, yeni çağırışlara cavab verməsini, habelə cəmiyyətin dəqiq, dürüst, qərəzsiz məlumatlandırılması prosesinin şəffaflıqla həyata keçirilməsini diktə edir.

Ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olmuşdur.

Tarixən söz azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyük olan mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.

Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 148-ci ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”ni nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi.

Keçən müddət ərzində Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçmişdir.

Bu gün yeniləşən dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar Azərbaycanda jurnalistika fəaliyyətinin, mövcud informasiya portallarında, innovativ platformalarda işin təşkilinin daha nizamlı olmasını zəruri edir. Bu baxımdan media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Uzun illərdən sonra ölkədə “Media haqqında” yeni qanun layihəsi işlənilmiş, hazırlanmışdır. Qanun layihəsinin qəbulu Parlamentdə kifayət qədər geniş müzakirə olunmuş, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirilmişdir. Milli Məclis tərəfindən hərtərəfli olaraq nəzərdən keçirildikdən və üç oxunuşdan sonra Qanun Prezident İlham Əliyev tərəfindən imzalanmışdır.

Yeni Qanun Azərbaycan jurnalistikasının tarixinə və jurnalistlərimizin sosial rifahına, məişət problemlərinin həllinə hədəflənərək onların fəaliyyətinin daha səmərəli, nəticəli etmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür.”

Görülmüş işlər nəticəsində istər mavi ekranlarda, sosial şəbəkə platformalarında, bloqerlik fəaliyyətində, istərsə də ənənəvi jurnalistikada tam yeni mənzərə ilə qarşılaşırıq. Bu, öz növbəsində, bir tərəfdən əlavə müxalif fikirlər yaradır, digər tərəfdən isə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bu sahədə nizam-intizamın yaradılmasına köməklik göstərir.

Azərbaycan jurnalistləri eyni zamanda hərbi jurnalistikada da yeniliklərə imza atıblar. Belə ki, 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı Azərbaycan jurnalistləri döyüş bölgəsində baş verən hadisələrin, Azərbaycan həqiqətlərinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırılması işində öz həyatlarını təhlükəyə atdılar, şiddətli döyüşlərin getdiyi ərazilərdə 24 saat fəaliyyət göstərərək ağır dönəmdə öz peşə vəzifələrini layiqincə yerinə yetirdilər.

Qeyd edim ki, bu gün Azərbaycanda Birinci və İkinci Qarabağ Müharibələrində, eyni zamanda postmüharibə dövründə canından keçmiş, qəhərmancasına şəhid olmuş jurnalistlərimiz var. Onların əziz xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən ehtiramla anılır.

Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir və bu çətin, şərəfli işi Azərbaycanda çoxsaylı jurnalist ailəsi həyata keçirməkdədir. Beləliklə, Azərbaycan mediası ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, çətin transformasiya dövründə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini bundan sonra da gücləndirməlidir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
5033

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər