20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi | 1news.az | Xəbərlər
Köşə

20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi

10:37 - 16 / 01 / 2023
20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi

Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi hadisələr fonunda ölkəmizin yeni dövrdə də dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə 1990-cı illərdə öz siyasi müstəqilliyini əldə etmiş müasir demokratik Azərbaycan Respublikasının tarixinə hər zaman nəzər yetirməli və bu günki Azərbaycanın vətəndaşı olaraq müstəqil Azərbaycan tarixinin yazılmasında iştirakı olmuş görkəmli, siyasi şəxsiyyətlərin əvəzsiz rolunu heç vaxt unutmamalıyıq.

Azərbaycan xalqı böyük fəxarət hissi və sevinclə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli” elan etdi.

1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.

Tarixin səhifələrinə nəzər yetirərkən o dövrdə məhz 1990-cı ilin yanvar ayının Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətli ay olduğunu bu gün əminliklə deyə bilərik. Totalitar rejimin, mürəkkəb dövrün astanasında Azərbaycan xalqının vəhdətini və birliyini təmin edən, heç nədən qorxmayaraq özünün Azərbaycana bağlılığını bir daha nümayiş etdirən, o zaman Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi. O, oyanmış və öz taleyinə sahib çıxmaqda qərarlı olan xalqımıza rəhbərliyi könüllü olaraq öz üzərinə götürdü.

Ulu Öndər Sovetlər Birliyinin süquta uğradığını, Kommunist Partiyasının üzərinə götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmədiyini, nüfuzdan, gözdən düşərək artıq insanlar tərəfindən qəbul olunmadığını cəsarətlə bildirərək Azərbaycan xalqının birliyinin təmin olunması və onun gələcək taleyi ilə bağlı vacib məsələləri bir müdrik lider olaraq öz üzərinə götürdüyünü məsuliyyətlə bəyan etdi.

O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi. Bu cür cəsarətli, məsuliyyətli addımı atan lider öz əməli ilə xalqı naminə canından belə keçməyə hazır olduğunu nümayiş etdirdi.

20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda milli oyanış tarixidir. Dəfələrlə müxtəlif mənbələrdə qeyd olunan və geniş araşdırılan bu tarix illər keçsə də Azərbaycan xalqının dostu və düşmənini tanıması üçün istinad edə biləcəyi bir tarix olaraq qalacaq.

Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoymuşdur.

Azərbaycan xalqı 1990-ci ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlakların məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.

Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

Hesab edirəm ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə rəsmi olaraq müstəqilliyi əldə etməsi üçün qanla yazılmış bir tarixdir.

“Heydər Əliyev İli”nin elan olunduğu 2023-cü ildə tarixə nəzər yetirərkən Ulu Öndərin müasir Azərbaycanın inkişafı naminə əzmkar fəaliyyətini, heç nədən qorxmayaraq vaxtında şəraitə uyğun ağıllı qərarlar qəbul etdiyini, habelə həmin ağır günlərdə Moskvada cəsarətli çıxışı ilə xalqın birliyinə nail olmasını, beləliklə 20 Yanvar gününün Azərbaycan xalqının milli oyanışı üçün nə qədər təsirli olduğunu xüsusi qeyd etməmək mümkün deyildir.

Baş verən hadisələrdən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını yerdə qoymadı. 2020-ci ildə Ümumilli Lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı olan Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dəmir yumruq kimi formalaşdırdığı Azərbaycan xalqı İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi və bu gün də, “Heydər Əliyev İli”ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev

Paylaş:
6479

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər