2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

13:00 - 14 / 10 / 2019
2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil etmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi  ilə müqayisədə 6% çoxdur.

Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olmuşdur.

2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı -  AZAL 1,6 milyon, milli loukoster “Buta Airways” isə 443 min sərnişin daşımışdır.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines” (Türkiyə, 376 min sərnişin), “FlyDubai” (BƏƏ, 194 min sərnişin), “Aeroflot” (Rusiya, 151 min sərnişin), “AirArabia” (BƏƏ, 130 min sərnişin), “UIA” (Ukrayna, 97 min sərnişin), “Qatar Airways” (Qətər, 81 min sərnişin), “Lufthansa” (Almaniya, 53 min sərnişin) və “SCAT” (Qazaxıstan, 47 min sərnişin) daxil olmuşdur.

2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirmişdir.

Hal-hazırda altı xarici aşağıbüdcəli aviaşirkət – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja)  Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

S.Xankişiyeva

 

Paylaş:
717

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər