Azərbaycanda qəlyan qanunla qadağan olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda qəlyan qanunla qadağan olunacaq

12:40 - 21 / 09 / 2017
Azərbaycanda qəlyan qanunla qadağan olunacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə Azərbaycanda qəlyanın tamamilə qadağan olunmasını təklif edib.

1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, millət vəkili bunu qəlyanın ziyanlı olması ilə əlaqələndirib:

“Bu, çox ziyanlıdır. Bunun arxasında kimin dayandığını bilmirəm. Düşünürəm ki, yığışdırılmalıdır. Bəzən deyirlər ki, ölkəyə gələn turistlər istəyirlər. İstənilən turist gəldiyi ölkənin qanunlarına uyğun davranmalıdır".

Deputat Musa Quliyev məsələ ilə bağlı AzVision.az-a bildirib ki, qapalı məkanlarda qəlyan çəkmək qanunla qadağan olunacaq.

“Sulu qəlyanların qapalı məkanlarda çəkilməsinin qadağan olunması “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin II oxunuşunda nəzərə alınıb”.

Millət vəkili qeyd edib ki, adıçəkilən qanun layihəsi payız sessiyasında müzakirə olunacaq və qəbul olunacaq: “Sulu qəlyanlar və elektron siqaretlər digər tütün məhsulları ilə bərabər tutulur və qapalı məkanlarda istifadəsi qadağan olunacaq.

Açıq yay kafe-restoranlarında, kimsə öz həyətində sulu qəlyan çəkə bilər. Bütünlükdə bu zərərli vərdişdir və insan orqanizminə heç bir müsbət təsiri yoxdur. Amma insanlar var ki, bunu istəyir. Qəlyan çəkilən yerlərə yeniyetmələrin və uşaqların buraxılmasını da qadağan etmək olar”.

S.Xankişiyeva

Paylaş:
657

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər