NİİM-dən sürücülərə və piyadalara müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM-dən sürücülərə və piyadalara müraciət

Qafar Ağayev11:15 - 26 / 04 / 2024
NİİM-dən sürücülərə və piyadalara müraciət

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi diqqəti müşahidə kameraları vasitəsilə qeydə alınan bir sıra qəzalara yönəldib.

1news.az xəbər verir ki, Mərkəzin həmin qəzalarla əlaqədar müraciətində deyilir: “Təəssüf ki, paytaxt ərazisində bir çox hallarda piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxırlar, yeraltı və yerüstü keçidlərdən istifadə etmirlər, avtomobilin tam dayanmağına əmin olmadan yolu keçməyə çalışırlar. Ən acınacaqlı vəziyyət isə xüsusilə də axşam saatlarında piyadaların çoxzolaqlı və hərəkətin intensiv olduğu küçə və prospektlərdə yolu keçməsi ilə bağlıdır. Təbii ki, bəzən sonu faciə ilə nəticələnən belə yol-nəqliyyat hadisələri yollarda sıxlığın yaranmasına da səbəb olur”.

Müraciətdə daha sonra deyilir: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq həm sürücülərin, həm də piyadaların nəzərlərinə çatdırmaq istəyir ki, piyadalar yolu keçərkən diqqətli olmalı, sürücülər isə sürət həddinə və yol nişanlarının tələblərinə əməl etməli, ümumilikdə isə hər iki tərəf hər an, hər yerdə ehtiyatı əldən verməməlidir”.

Paylaş:
89

Son xəbərlər

Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27
Bütün xəbərlər