ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb

09:58 - 20 / 04 / 2024
ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb

ABŞ dövlət katibi Antoni Blinken Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunmasını alqışlayır.

1news.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq. Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Paylaş:
135

Son xəbərlər

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07
Bütün xəbərlər