Səfir: Holland şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Holland şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar

17:59 - 27 / 04 / 2017
Səfir: Holland şirkətləri Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar

“Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər yaxşı inkişaf edib. Bu il biz ölkələr arasında diplomatik münasibətlərin yaranmasının 25-ci ildönümünü qeyd edirik”.

1news.az-ın məlumatına görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversin deyib. Onun sözlərinə görə, ötən illər ərzində əlaqələrimiz xüsusilə iqtisadiyyat sahəsində daha da inkişaf edib:

“2016-cı ildə iqtisadi əlaqələrimizin əsasını kənd təsərrüfatı təşkil edib. Məhz həmin il Hollandiyanın iqtisadiyyat naziri Henk Kamp Azərbaycana gəlib. Həmçinin, kənd təsərrüfatı sahəsi üzrə bir çox şirkətlərin də daxil olduğu geniş ticari nümayəndə heyəti də Bakıda səfərdə olub. 2016-cı ilin oktyabr ayında isə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlanda səfər edib.

2017-ci ilin əvvəllərində Haaqada Azərbaycan şirkətləri üçün kənd təsərrüfatı biznesi üzrə seminar təşkil edilib. Əsası ötən il qoyulmuş Azərbaycan-Niderland biznes şəbəkəsi iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək baxımından çox aktiv və faydalı olub”.

Niderlandın dünyanın ikinci ən böyük qida ixrac edən ölkəsi olduğunu və dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı sektoruna malik olduğunu deyən səfir bildirib ki, bu fakt da Azərbaycanın kənd təsərrüfatı üçün prioritet məsələnin öz iqtisadiyyatının şaxələndirilməsi niyyəti ilə tam uyğundur:

“17-19 may tarixlərində keçiriləcək Xəzər Kənd Təsərrüfatı sərgisində Niderland Azərbaycanın tərəfdaş ölkəsidir. Eyni zamanda holland şirkətləri digər sahələrdə də Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar”.

Qeyd olunub ki, Niderland şirkətləri enerji, su resurslarının idarə olunması, ekologiya, limanların inşası, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə aktiv şəkildə fəaliyyət göstərirlər.

O.Kerversin milli günləri ilə bağlı keçirdikləri bayram ab-havasını Bakıya gətirdiklərini də söyləyib:

“Azərbaycanda bu il Milli Günümüzü aprelin 27-də - Kralın anadan olduğu tarixdə qeyd edirik. Niderlandda həmin gün bütün hollandlar üçün əsl bayramdır və bütün ölkə narıncı rəngə boyanır. Lakin biz bu ab-havanın bir qismini Bakıya da gətiririk. 27 apreldə təşkil edəcəyimiz tədbir ölkələrimiz arasında sıx əlaqələri qeyd etmək və bu əlaqələri gələcəkdə daha da möhkəmləndirmək üçün niyyətimizi nümayiş edirmək baxımından gözəl şansdır. Bu inkişaf təkcə iqtisadi deyil, həmçinin mədəniyyət, təhsil, idman və elm sahələrinə də şamil olunur”.

Səfir ölkəsininhəmçinin Azərbaycanda qeyri-hökumət təşkilatları, şirkətlər və eləcə də, Azərbaycan vətəndaşları ilə də əlaqələrin yaradılmasına xüsusi önəm verdiyini də qeyd edib Bildirib ki, artıq neçənci ildir ki, Niderland məşhur Bakı Caz Festivalına dəstək olur:

“Ötən il Niderlandın “Deborah Carter” kvintetinin müxtəlif məkanlarda möhtəşəm çıxışı oldu. Bu il isə Hollandiyanın ən nüfuzlu caz bəsəkarı və musiqiçilərindən hesab olunan Michael Borstlap-ın Bakıya gələrək bizi öz çıxışı ilə feyziyab edəcəyi gözlənilir.

Bu il Bakıda holland idmançılarının da çıxış edəcəyi idman yarışları keçiriləcək. İyun ayında hollandiyalı əfsanə Max Verstappen Bakıda keçiriləcək “Formula 1” yarışlarında yenə ən sürətli pilot olmağa çalışacaq. Sentyabr ayında isə Hollandiya milli yığma komandası Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi 2017-ci il Qadınlar arasında Avropa Voleybol Çempionatında yarışacaq və ilkin mərhələ oyunları Gəncə şəhərində keçiriləcək”.

Pərvanə Sultanova

 

Paylaş:
814

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər