Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

15:19 - 19 / 04 / 2024
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdilliklə Assosiasiyanın növbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda, həmçinin cari ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Assosiasiyanın İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya Qarşı Müstəqil Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Nümayəndə heyətini salamlayan Komissar Azərbaycanın hüquq mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən danışıb, uzumüddətli institusional əməkdaşlığın təsis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror Komissiyanın korrupsiya ilə mübarizədə uğurlu fəaliyyətini yüksək qiymətləndirərək, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev Komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün faydalı olacağını bildirib.

Paylaş:
107

Son xəbərlər

COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05
Bütün xəbərlər